Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”
“Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib.
Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb.
Azərbaycan da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır.
“Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxilindəki radikallar, xaricdə isə diasporun təzyiqi altındadır. Dünənki görüşümüzdə Türkiyə və Azərbaycanın sülh istədiyini bir daha xatırlatdıq və regionun sabitliyi üçün xoş niyyətlərini ortaya qoyduq”. – Çavuşoğlu vurğulayıb.