Tacikistanda antiterror əməliyyatı zamanı 1 zabit ölüb, 13 hərbçi yaralanıb

 

Tacikistanın şərqində keçiriən antiterror əməliyyatı nəticəsində Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin 1 zabiti ölüb, 13 hərbçi yaralanıb.

TASS xəbər verir ki, məlumatı Tacikistan Daxili İşlər Nazirliyi yayıb.

Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin daha əvvəl yaydığı məlumatda Tacikistanın Daxili İşlər Nazirliyi ölkənin şərq hissəsində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində mütəşəkkil cinayətkar qrupa qarşı antiterror əməliyyatına başlayıb.

Qeyd olunub ki, mayın 17-də mütəşəkkil cinayətkar qrup Tacikistanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək məqsədilə Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonunda Çinlə dövlət sərhədi boyu ərazidə yerləşən Düşənbə-Kulma beynəlxalq avtomobil yolunu qanunsuz olaraq bağlayıb.

Hüquq-mühafizə orqanlarının “təslim ol” çağırışına qarşı onlar atəş açaraq cavab veriblər.

Bildirilib ki, antiterror əməliyyatı vətəndaşların təhlükəsizliyini və ictimai asayişi təmin etmək, eləcə də Düşənbə-Kulma magistral yolunun fəaliyyətini bərpa etmək məqsədilə keçirilir.

Nazirliyin məlumatında qeyd olunub ki, mayın 17-də Mammədbokir Məmmədbokirovun başçılıq etdiyi dəstə qanunsuz mitinq təşkil edib və sonra polislə onlar arasında toqquşma baş verib.

Bildirilib ki, aksiya iştirakçılarının polisə əl qumbarası atması nəticəsində Tacikistan Daxili İşlər Nazirliyi Vilayət İdarəsi rəsinin müavini və daha iki polis əməkdaşı yaralanaraq, hospitala yerləşdirilib. Həmin dəstə üzvlərin tutulması və zərərsizləşdirilməsi istiqamətində antiterror əməliyyatı davam etdirilir.

Hadisə ilə bağlı respublika prokurorluğunda cinayət işi başlanılıb./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password