PKK-ya verdikləri dəstək iki ölkəyə problem yaratdı – Türkiyənin qapısını döyməyə başladılar

 

“Soyuq müharibə”dən bəri neytrallıq siyasətini davam etdirən İsveç və Finlandiya indi Rusiya təhlükəsi səbəbindən NATO-ya üzv olmaq istəyir. Rusiyanın Ukraynaya təcavüzündən sonra iki ölkə NATO-nun qapısını döyməyə başlayıb. Amma Türkiyə iki ölkənin PKK terror təşkilatına dəstək verdiyi üçün NATO üzvlüyünə qarşı çıxır. Xüsusilə İsveç Avropada PKK terrorçularının məskunlaşdığı əsas mərkəzlərdən biridir.

PKK-ya verdiyi dəstək İsveçin üzvlüyünə ən böyük maneə ola bilər.

PKK həm maliyyəçisi, həm də ən böyük dəstəkçilərindən biri olan İsveç üçün də “milli təhlükəsizlik problemi”nə çevrilib. İsveç hazırda NATO üzvü Türkiyənin vetosundan necə yan keçməyi müzakirə edir. ABŞ, Avropa Birliyi və NATO da Türkiyəni razı salmaq üçün hərəkətə keçib.

Ötən axşam Xarici işlər naziri Mövlud Çavuşoğlunun isveçli və fin həmkarları Ann Linda və Pekka Haavisto ilə keçirdiyi üçtərəfli görüşündə PKK və onun Suriya uzantısı PYD/YPG-yə verilən dəstək əsas gündəm mövzusu olub. Çavuşoğlu görüşdə Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü ilə bağlı Türkiyənin tutduğu mövqenin səbəblərini açıqlayıb.

NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından sonra açıqlama verən Çavuşoğlu deyib:

“Başda bu iki ölkənin PKK/YPG terror təşkilatları və onların üzvləri ilə görüşləri və xüsusilə İsveçin verdiyi silah yardımı olmaqla, narahat qaldığımız bütün məsələlərə niyə qarşı çıxdığımızı açıq şəkildə nümayiş etdirdik.

Əlbəttə, biz bunu topladığımız fotoşəkillər və digər sənədlərlə müttəfiqlərə çox yaxşı formada izah etdik. Onlara izah etdik ki, bu dövlətlər, eləcə də NATO üzvü olan, amma bu terror təşkilatları ilə görüşüb dəstək olan, Türkiyənin müdafiə sənayesi məhsullarına ixrac məhdudiyyətlər qoyan ölkələr öz mövqelərindən əl çəkməlidirlər, bu, müttəfiqlik ruhuna ziddir”.

Ann Linda isə görüşdən sonra danışıqlarda razılığa gələ bilmədiklərini deyib.

Ötən gün “Avropa Birliyi kimi biz də PKK-nın terror təşkilatı olduğuna inanırıq” deyən Linda Çavuşoğlu ilə görüşdükdən sonra PYD/YPG haqda “Suriyanın şimalında təşkilatlanma” ifadəsini işlədib.

“Türkiyə ilə danışıqlarda bir nəticəyə gələ bilmədik, amma diplomatik danışıqları davam etdirmək qərarındayıq”, – nazir vurğulayıb.

“Suriyanın şimalındakı təşkilatlanma” ilə bağlı Türkiyə tərəfi ilə razılaşa bilmədiklərini qeyd edən Linda PKK-ya yönəlik fikrini yenidən təkrarlayıb:

“PKK-nın terror təşkilatı olduğunu qəbul edirik. Amma Şimali Suriyadakı təşkilatlanma ilə bağlı eyni fikirdə deyilik, bir çox NATO ölkəsi də belə düşünmür. ABŞ və digər NATO ölkələri kimi biz də Şimali Suriyadakı kürd təşkilatları ilə danışıqlar aparmışıq”.

Çavuşoğlu isveçli həmkarının açıqlamaları ilə bağlı suala belə cavab verib:

“Təəssüf ki, İsveç xarici işlər nazirinin bu günə qədər verdiyi bəyanatlar konstruktiv deyil, əksinə, bunlar təxribat xarakteri daşımıqda davam edir. Amma Finlandiya xarici işlər nazirinin bəyanatları çox ehtiyatlıdır”.

Çavuşoğlu Finlandiya və İsveçin Türkiyənin müdafiə sənayesi məhsullarına ixracat məhdudiyyətləri qoymağa davam etdiyini də bildirib: “NATO-ya üzv olacaq bir ölkənin NATO müttəfiqi ölkəyə məhdudiyyət qoyması və ya buna icazə verməməsi qəbuledilməzdir”.

Çavuşoğlu görüş zamanı Türkiyənin bu mövzuda narahatlığını və gözləntilərini dilə gətirdiyini və bu iki ölkənin Türkiyənin narahatlığını aradan qaldırmaq üçün təkliflərinin olduğunu bildirib.

Nazir Finlandiya və İsveçin terror təşkilatlarına dəstəyini dayandırmasının da lazım olduğunu vurğulayıb:

“Bunu xüsusilə İsveç üçün deyirəm. Müəyyən təhlükəsizlik təminatları olmalıdır və bu, təkcə bu iki namizəd üçün deyil, müttəfiqlər üçün də keçərlidir və onlar terror təşkilatlarına dəstəyi tamamilə dayandırmalıdırlar. Türkiyə kimi bir müttəfiq üçün müdafiə sənayesinə qoyulan məhdudiyyətlər və ya ixrac icazələrinə qoyulan qadağalar mütləq aradan qaldırılmalıdır. Bu iki ölkə ilə bağlı etibarsızlıq  göz qabağındadır. Xüsusilə də İsveç barədə”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password