İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub, Prezidentin vəfatı ilə əlaqədar başsağlığı verib

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar bir daha başsağlığı verən Prezident İlham Əliyev məhz onun səyləri nəticəsində bu gün BƏƏ-nin sürətli inkişafa nail olduğunu xüsusi vurğulayıb. Eyni zamanda, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə də ölkənin bu inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi səfirliyə gələrək Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edib və bunu iki ölkə arasında dostuq və qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Səfir əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Məhəmməd Əl Bluşi münasibətlərimizin inkişafında dövlət başçısı ilə BƏƏ-nin yeni Prezidenti arasındakı şəxsi əlaqələrin xüsusi rolunu qeyd edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password