Paşinyanın Niderland İnstitutundakı çıxışı klassik erməni həyasızlığının növbəti nümunəsidir

 

Nikol Paşinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı sübuta yetirir ki, Ermənistan hakimiyyəti, bölgədəki reallıqları nəzərə almadan, hazırda ona qarşı çıxış edən sabiq prezidentlərin – müharibə cinayətkarlarının səhvlərini davam etdirmək niyyətindədir.

Bunu açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Paşinyanın irəli sürdüyü iddia və ittihamlar əsassız və məntiqsiz olmaqla yanaşı, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı prosesin irəliyə doğru aparılması üçün əldə olunmuş razlaşmalara ziddir.

Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan, kapitulyasiya aktına imza atan, Azərbaycan torpaqlarını 30 ilə yaxın bir zaman kəsiyində viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirən bir ölkənin humanitar dəyərlərdən, beynəlxalq humanitar hüququn norma və prinsiplərindən söz açması klassik erməni həyasızlığının növbəti nümunəsidir.

“Halbuki Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarını humanitar fəlakət zonasına çevirdiyi hər kəsin gözə önündə olan və hər kəsin görə biləcəyi bir reallıqdır. Ermənistanın mövcud siyasi hakimiyyəti Azərbaycan ərazilərinə az qala “toxum” kimi səpilən minaların xəritələrini belə alver predmetinə çevirməklə müharibə cinayətkarları olan sələflərindən fərqlənmədiyini, antihumanizmin Ermənistanın dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha sübuta yetirdi.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi misli görünməmiş dağıntılar, həmçinin bu torpaqların az qala hər qarşısının minalanmasi sübuta yetirir ki, kapitulyant ölkənin yeganə məqsədi azərbaycanlılara ziyan vurmaqdan, yurd yerlərimizi yaşanmaz hala gətirməkdən ibarət olub”, – deyə E.Mirzəbəyli əlavə edib.

“Təkcə Pasinyan deyil, Ermənistanın ondan öncəki rəhbərləri də çox yaxşı başa düşürdülər ki, Azərbaycan istənilən halda tarixi ədaləti bərpa edərək, işğala son qoyacaq. Məhz buna görə də uzun illərdən bəri Azərbaycan, türk düşmənçiliyi üzərində formalaşmış ultramillətçi, neofaşist ideyalariyla zəhərlənmiş qanlı təşəkkürlərinin diqtəsi altında azərbaycanlılara məxsus olan her şeyi məhv etmək niyyəti güdürdülər. Pasinyanın son iddiaları da sübuta yetirdi ki, bu niyyət hələ də dəyişməyib”, – deyə E.Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra, ermənilərin Kəlbəcər, Ağdam və Laçın ərazilərində əlavə minalaması, həmçinin erməni hərbi birləşmələrinin və ərazilərimizdə qanunsuz məskunlaşdırılmış mülki vətəndaşların torpaqlarımızı tərk edərkən, hətta təbiətə belə divan tutmaları Ermənistan və erməniliklə humanizm prinsiplərinin daban-dabana zidd olduğunun göstəricisidir:

“Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə “mahir” olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.

Qeyd edim ki, SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları ilə təmin edib”.

E.Mirzəbəyli qeyd edib ki, 44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artmasıdır.

“Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmır. Amma Rusiya sülhməramlılarının minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Məlum olduğu kimi 30 ilə yaxın zaman kəsiyində Azərbaycan hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərə nəzarət edə bilməyib. Atəşkəsdən dərhal sonra isə həmin ərazilər Rusiya sülhməramlılarının müşahidəsi altına düşdüyü üçün, oralarda Azərbaycan hərbçiləri tərəfindən minaların basdırılması mümkün deyil. Mövcud mənzərə sübuta yetirir ki, müharibədə ağır məğlubiyyətə uğrayan və hərbçiləri fərarilik edən Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısının alınmasının yeganə yolunu “torpağın altında” görüb. Çünki həm havada, həm də torpağın üstündə Azərbaycan ordusu tam üstünlüyə malik idi.
Bütün bunlar isə sübuta yetirir ki, ermənilər Azərbaycan ərazilərini minalayaraq geriyə çəkiliblər və bu proses müharibənin ilk günlərindən planlaşdırılmış şəkildə həyata keçirilib”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Ermənistan acınacaqlı məğlubiyyətindən keçən təxminən 1,6 illik zaman kəsiyində qarşılıqlı münasibətlərin normallaşmasına xidmət edən könüllü heç bir addım atmayıb:

“Ölkəmizə təqdim edilən mina xəritələri də bu ölkənin öz istəyi ilə baş verməyib. Əksinə ötən zaman kəsiyində rəsmi İrəvan nəyin bahasına olursa- olsun mina xəritələrinin Azərbaycana təqdim edilməsindən yayınmağa çalışıb. Azərbaycan ərazilərində aparılan çoxsaylı araşdırmalar, xarici ekspertlərin verdiyi rəylər rəsmi İrəvanın mina xəritələrinin ölkəmizə təqdim etmək məcburiyyətində qoydu. Hətta bu halda da Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi 25% təşkil edildiyi minalarla bağlı problemin həllinə ciddi təsir göstərmədi. Azərbaycan bu problemi yenə də öz imkanları hesabına həll edir və son zamanlar mina partlayışlarından ziyan çəkənlərin və ölənlərin sayının azalması görülən işlərin və aparılan geniş maarifləndirmənin nəticəsidir.

Pasinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı isə məsuliyyətdən yayınmaq üçün bəhanə uydurmaqdan başqa bir şey deyil”./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password