“Leyli və Məcnun” Türkiyədə beynəlxalq teatr festivalında böyük maraqla qarşılanıb

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında səhnələşdirilən “Leyli və Məcnun” tamaşası Türkiyənin Trabzon Dövlət Teatrının ev sahibliyi etdiyi 22-ci Beynəlxalq Qara Dəniz Teatr Festivalında böyük maraqla qarşılanıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə verir ki, Ankara Dövlət Teatrının aktyorlarının səhnələşdirdikləri, rejissoru Mustafa Kurtun olduğu 1 saat 50 dəqiqəlik tamaşada Tunç Yıldırım, Kadri Özcan, Cevat Duman, M.Pınar Səsveren, Müge Sefercioğlu, Senem Topkaya, Muzaffer Saygı, Cihan Kaymak, Cansunur Şimşək, Şahnur Dedeoğlu Kuda, Pınar Uslu, Mehmet Tolga Günay, Oğuz İnce, Nilsu Akman, Ümit Sert, Kaan Tekin və Duygu Biçer çəkiliblər.

Həm aktyorların ifası, dekorasiya və geyimlər, həm də musiqi yüksək qiymətləndirilib. Zalı dolduran teatrsevərlər tamaşanın sonunda aktyorları sürəkli alqışlarla qarşılayıblar.

Türkiyə mətbuatı qeyd edib ki, “Leyli ilə Məcnun” XVI əsr Azərbaycan şairi Məhəmməd Füzulinin yazdığı, Məcnun ləqəbi ilə tanınan Qeys adlı gəncin gözəl Leyliyə məhəbbətindən bəhs edən lirik-epik poemadır. Əsər 1536-cı ildə Azərbaycan dilində yazılıb və Füzulinin əsərləri arasında şah əsər kimi tanınır. Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Füzulinin “Leyli ilə Məcnun” poemasının motivləri əsasında “Leyli və Məcnun” operasını yazıb.

“Leyli Məcnun” daha əvvəl Nizami Gəncəvi tərəfindən qələmə alınıb.

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password