Kissincer: Putin Rusiyanın imkanlarını düzgün qiymətləndirə bilmədi

 

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer “Fayneşl Tayms” qəzetinə müsahibəsində deyib ki, Ukraynada müharibə bitəndən sonra dünyada geopolitik situasiya ciddi dəyişikliklərə uğrayacaq.

Onun sözlərinə görə, müharibədən sonra Rusiya Avropa və NATO ilə münasibətlərinə yenidən baxmalı olacaq. Kissincer Rusiya Prezidenti Putinin bu münaqişəyə baxış bucağını təhlil edib və “Putinin qırmızı xətti hardan keçir?” sualına cavab verib.

Sabiq dövlət katibi deyib ki, 15 il ərzində ildə bir dəfə Putinlə akademik səviyyədə strateji diskussiya aparmaq üçün görüşüb: “Fikrimcə, onun əsas inamı rus tarixinə olan mistik inancı idi… O bizim elədiklərimizə görə yox, Avropa və Şərq arasında belə nəhəng fərqə görə özünü təhqir olunmuş hesab edirdi. Mən hesab edirəm ki, Putin beynəlxalq aləmdə üzləşdiyi vəziyyəti, belə nəhəng müəssisənin müdafiəsi üçün Rusiyanın imkanlarını düzgün qiymətləndirə bilməyib. Məsələnin tənzimlənməsi zamanı çatanda hamı nəzərə almalıdır ki, biz artıq keçmiş münasibətlərə qayıda bilməyəcəyik. Rusiya üçün də başqa vəziyyət olacaq. Ona görə yox ki, biz bunu tələb edirik, ona görə ki, bunu özləri elədilər”.

Kissincerin sözlərinə görə, bütün bu böhranlarda başa düşmək lazımdır ki, daxili qırmızı xətt özündə nəyi ehtiva edir: “Sual budur: Bu gərginlik nə qədər davam edəcək və bu qarşıdurmanın davametmə imkanları nə qədər böyükdür? Yoxsa ki, o artıq öz mümkün səviyyəsinə çatıb – Putinə yalnız qərar vermək qalır: Hansı anda müharibənin eskalasiyası onun cəmiyyətini o dərəcədə gərginləşdirəcək ki, bu böyük dövlət kimi gələcəkdə beynəlxalq siyasət yürütmək imkanlarını məhdudlaşdıracaq.

Məndə onun buna nə vaxt çatacağı barədə ehtimal yoxdur. Bu nöqtəyə çatdıqdan sonra situasiya 70 il istifadə edilməyən silah kateqoriyasına keçmək dərəcəsində kəskinləşəcəkmi? Əgər bu xətt keçiləcəksə, bu fövqəladə bir vəziyyət olacaq” – deyə Kissincer bildirib. /azpost.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password