Dünya Bankı: “Trans-Qafqaz dəhlizi qlobal marşruta çevrilə bilər”

 

Trans-Qafqaz Nəqliyyat Dəhlizinin (TND) qlobal logistika marşrutuna çevrilməsi yüklərin daşınması xidmətlərinin ciddi inkişafını və dəhliz boyu yük daşımalarının artırılmasını tələb edir.

Bu barədə Dünya Bankının (DB) nümayəndəsi TND-nin perspektivləri ilə bağlı sualı cavablandırıb.

Bildirilib ki, konteyner yükləri qlobal ticarətin gələcəyi olduğundan ixtisaslaşmış konteyner gəmilərinə, logistik platformalara, operatorları və nəqliyyat sistemlərini birləşdirən informasiya texnologiyaları alətlərinə, potensialın artırılmasına və ticarətin asanlaşdırılmasına investisiya lazımdır. Dəhlizləri İdarəetmə İnformasiya Sisteminin yaradılması həm də kommersiya, əməliyyat və maliyyə məqsədləri üçün “bir pəncərə” təmin etmək üçün vacibdir:

“Dəhliz boyu multimodal rabitənin genişləndirilməsi Xəzər və Qara dənizlərdəki limanlar tərəfindən belə yüklərin daşınması üçün infrastrukturun təkmilləşdirilməsini və konteyner bloku qatarlarının istismarı tələblərinə (blokun uzunluğu, giriş yolları, sürət və s.) cavab vermək üçün mövcud infrastrukturun yenidən qurulmasını tələb edir.

Bundan başqa, Azərbaycan və Gürcüstanda Şərq-Qərb dəhlizinə böyük infrastruktur sərmayələrinin qoyulmasına baxmayaraq, Azərbaycanda nə dəmir yolu, nə də dəhlizin avtomobil seqmentlərinin modernləşdirilməsi, o cümlədən Azərbaycanda dəmir yolu siqnalizasiyası və elektrik enerjisinin ötürülməsi hələ də tamamlanmayıb. Bu investisiyaların başa çatdırılması dəhlizin tam funksionallığı üçün həlledici önəm daşıyır”.

Gömrük prosedurlarının təkmilləşdirilməsinə də ehtiyac var: informasiya axını, “bir pəncərə”yə keçid daxil olmaqla sadələşdirilmiş gömrük prosedurlarının tətbiqi və nəhayət, tranzit yüklər üçün “yaşıl dəhliz”in yaradılması. “Yaşıl dəhliz” sərhədlərdə gömrük-keçid məntəqələrindən yan keçməyə şərait yaradacaq:

“Qara və Xəzər dənizlərində dəniz kommunikasiyalarının təkmilləşdirilməsi dəhliz boyunca tranzit konteyner daşımaları üçün yetərincə tutum, limanlarda və marşrutda gecikmələri minimuma endirmək üçün əməliyyatları tənzimlənməsi, vaxtında çatdırılmaya görə stimulların və gecikmələrə görə cərimələrin tətbiqi imkanlarının araşdırılmasını tələb edir”.

Həmçinin qeyd olunub ki, dəhlizin səmərəliliyinin artırılması həm də logistika infrastrukturunun fiziki imkanlarının genişləndirilməsini tələb edir. Bu, logistik mərkəzlərin yaradılması və insan potensialının inkişafı deməkdir. İnsan potensialının inkişafı logistika yönümlü təhsil və təlim proqramlarının yaradılması və bu sahədə beynəlxalq akademik və ya peşəkar qurumlarla birgə səylər vasitəsilə bacarıqları təkmilləşdirəcək./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password