Uşaqların telefon asılılığı: Qarşısını necə alaq?

 

Bu gün Azərbaycan da daxil olmaqla, bütün dünya uşaqdan böyüyə telefon asılılığından əziyyət çəkir. Bunun fərqində olanlarsa bundan qurtulmaq üçün sosial şəbəkə detoksları edir, günlərlə sosial şəbəkə və telefondan istifadə etmirlər.

Ancaq uşaqlar bunun fərqində olmadığı üçün özlərini asılı olduqları telefon və oyunlardan uzaq tuta bilmirlər. Ən pisi isə odur ki, bəzən uşaqların bu asılılığının sonu faciəylə bitir. Xüsusilə bəzi oyunlar uşaqlara müəyyən tapşırıqlar verir və sonda da ya özünü öldürməsini tələb edir, ya da təhdid edir. Belə hadisələrdən biri də bir neçə gün əvvəl baş verib.

Bakı şəhər Nəsimi rayonunda 8 yaşlı məktəblinin intihar etməsi barədə məlumat vermişdik. Hüquq-mühafizə orqanlarının əldə olunan məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in “Galaxy TAB A7” markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar. Hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də “3 days to die” və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin “Samsung Notes” bölməsində “salam, mən anabellayam və bu axşam səni öldürəcəyəm” məzmununda yazışma aşkar edilib.

Uşaqlarda telefon və oyun asılılığı nədən yaranır? Bunun qarşısını necə alaq? Psixoloq Nizami Orucov  verdiyi açıqlamada bildirib ki, uşaqların oyun oynaması, əylənməsi və s. çox normal bir haldır: “Eyni zamanda, bu gün uşaqların əksəriyyətində telefon asılılığı və ya hansısa oyuna həddən artıq bağlılıq görürük. Bu da bir çox problemlərdən xəbər verir”.

Onun sözlərinə görə, ilk növbədə, bir şeyi unutmamalıyıq ki, valideynlər özləri uşağa telefonu vərdiş etdirirlər. Çox vaxt valideyn uşağa kifayət qədər vaxt ayırmaq istəmədikdə, vaxtı olmadıqda (bu, şərti məsələdir, hər bir valideynin uşağına vaxtı olmalıdır), diqqət, qayğı, sevgi əskikli olduqda uşaqlar təsəllini oyunda və sosial şəbəkələrdə tapırlar.

Psixoloq deyir ki, bu zaman uşaqlar öz problem, ailədaxili gərginlilk, həyəcan və özlərinə qarşı olan şiddətdən oynadıqları oyunda bur növ kompensasiya axtarırlar: “Oyunda insan istənilən rolu oynaya, özünü istədiyi kimi ifadə edə, digər oyunçularla səsli, ya da digər formada ünsiyyət qura bilir. Həmçinin, uşaq orda uğur qazanır və bir növ öz problemlərindən qaçmış olur”.

N.Orucov vurğulayıb ki, uşaqları belə hallardan qorumaq üçün ilk növbədə sağlam ailə mühiti təşkil edilməlidir: “Uşaqlarlarla maraqlanmalı, qayğı və diqqət göstərməli, bütün təlabatlarını vaxtlı vaxtında gözəl şəkildə ödəməliyik. Hər bir valideyn uşaqları ilə dost olmalı, onları tənqid etmədən, hər hansı pis söz demədən dinləyib qəbul edə bilməliyik ki, uşaqlar da bu sağlam münasibəti virtual aləmdə, oyunlarda axtarmasın”./bakivaxti.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password