Qaribaşvili: Ukraynada bizim də taleyimiz həll olunur
Ukraynadakı müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyən edəcək. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.
Ukraynada müharibənin başa çatması hər kəs üçün böyük əhəmiyyət kəsb edir, bütün dünyanın, o cümlədən Gürcüstanın gələcəyi müharibənin nəticələrindən asılıdır. Ona görə də müasir dünyanın Avropanın üzləşdiyi bu çağırışa necə cavab verəcəyi çox vacibdir”.
Baş nazir ölkəsinin Avropanın yanında olduğunu, Gürcüstanın isə Avropa ilə ortaq dəyərlərə malik olduğunu vurğulayıb.