Paşinyan Rusiyadan qurtulmaq üçün Bakı ilə razılığa gəlir

 

“Hazırda Ermənistanda etiraz aksiyalarının bir-birini əvəz etməsi o qədər də təəccüblü deyil”.

Bunu açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Paşinyan yaxın vaxtlarda Avropa ilə Rusiya arasında qəti seçim etmək məcburiyyətində qalacaq:

“Müxalifət indiyə qədər Ermənistanın Türkiyə ilə ticarət normallaşmasından tutmuş, bu layihənin hazırlanmasına qədərki siyasi prosesi poza bilməyib. Təkcə etirazlar, xüsusən də bu cür məhdud etirazlar Paşinyanın Azərbaycana razılıq verdiyi sülh sazişi ilə bağlı hazırlıq planından geri çəkilməyə məcbur etmək üçün kifayət etmir.

Bu etirazların sayca genişlənəcəyi, yoxsa iqtisadi məsələlər kimi digər amillərin bu etirazlarda faktor kimi yüksələcəyinə diqqət yetirməyə dəyər. Ermənistanda hökumətin bu dəqiqə kənar müdaxilə olmadan xarici siyasətə görə devrilməsi ehtimalı çox azdır və əlbəttə ki, bu ancaq daxili məsələlərdən gələn təzyiqin artması ilə əlaqədar olacaq. Müqayisə üçün deyək ki, İraqda və ABŞ-da da müharibə ilə bağlı kütləvi etirazlar var idi. Lakin o zaman bu etirazlar siyasi proseslərdə heç bir nəzərəçarpan fərq yaratmadı.

Eynilə, əgər Paşinyan sülh prosesindən və inteqrasiyadan geri çəkilmək qərarına gəlsə, bu, indiyədək irimiqyaslı, kütləvi olmayan etirazlardan başqa səbəb və səbəblərə görə olacaq. Erməni baş nazir Rusiya və ya xarici lobbilər tərəfindən əlavə təzyiqlərlə üzləşə bilər və ya bilavasitə öz hərəkətləri nəticəsində əhəmiyyətli dəstək qazana və ya itirə bilər. Bununla belə, Paşinyan artıq başa düşür ki, nəhayət, inteqrasiyanın iqtisadi perspektivlərindən və təcrid olunmuş təkbaşına kimi görünməkdənsə, birgə irəliləmək nəticəsində inkişaf üçün daha çox şans var.

Bu, ona yalnız Cənubi Qafqazda effektiv iqtisadi və enerji siyasətindən faydalandığı üçün getdikcə fəal rol oynayan və Türkiyə ilə, xüsusən də Rusiya ilə münasibətlərini yaxşılaşdıran Aİ-yə sərf edəcək. Əslində, mövcud vəziyyətə görə Paşinyan daxili müxalifətə qarşı əlində “kozır” saxlayır. Kremlin resurslarını geri çəkməsi qorxusu Paşinyanda son nəticədə Aİ ilə potensial sövdələşmələrdən maksimum yararlanması ilə nəticələnə bilər. Hələlik o, diqqətlə bu iki maraq arasında uyğunlaşmağa çalışır. Bununla belə, gec-tez vaxt gələcək ki, Paşinyan heç bir önyarqı olmadan aydın və qəti seçim etmək məcburiyyətində qalacaq”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password