“Bu Putinə həlledici zərbə olacaq” – “Bunu etməyə borcluyuq”

 

“Görünür, Putin özü də Kremlin işğal addımına qarşı Qərbin bu qədər birlik göstərəcəyinə inanmırdı”.

“The Telegraph” nəşri Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 6-cı sanksiya paketi barədə yazısında neft məhsullarına qoyulacaq embarqonun yaradacağı effektə toxunub.

Məqalədə bildirilir ki, Putinin ən böyük səhvlərindən biri Qərbin birlik göstərəcəyinə və Rusiyanın enerji daşıyıcılarından üz çevirəcəyinə böyük şübhə ilə yanaşmasıdır.

Yazıda qeyd olunur ki, işğalçıya vurulacaq bu zərbə həlledici ola bilər: “Qərbin 5 sanksiya paketi Putinin hərbi maşınını dayandıra bilmədi. Lakin belə görünür ki, gözlənilən neft embarqosu Rusiyaya həlledici zərbə endirməyə qadirdir”.

Bildirilir ki, hazırda Putinin müharibədən öncəki ehtimallarının əksinə olaraq, Avropa Rusiya enerji daşıyıcılarından asılılığını aradan qaldırmağın yollarını axtarır və bu istiqamətdə birlik nümayiş etdirir.

Belə ki, Avropa Parlamentinin Prezidenti Ursula fon der Lyaen 6-cı sanksiya paketinə Rusiya neftinə bütövlüklə embarqo qoyulmasını təklif edib: “Eyni zamanda o, etiraf edib ki, Avropa İttifaqına üzv olan bir sıra ölkələrin Rusiya neftindən asılılığını nəzərə alaraq, bu addımı atmaq asan olmayacaq, “lakin Avropa İttifaqı sadəcə, bunu etməyə borcludur””.

Yazıda bildirilir ki, sanksiyalar paketində Rusiya neftinin Avropa limanları vasitəsilə və Avropa nəqliyyat şirkətləri tərəfindən üçüncü ölkələrə daşınmasına da qadağa qoyulması nəzərdə tutlur. Bu qərarın nəticələri isə neft ixracından kəskin şəkildə asılı olan Rusiya iqtisadiyyatına “ağlasığmaz dərəcədə ağır zərbə” vura bilər.

Qeyd olunur ki, təkcə ötən il Rusiyanın ümumi gəlirlərinin 45 faizi məhz neft ixracından əldə olunub. Sonda bildirilir ki, bu sanksiyaların ardıcıl tətbiqi nəticə etibarilə Putinin “öz ac ordusuna” yatıracaq maliyyəsinin qalmaması ilə nəticələnəcək./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password