“Putin buna görə müharibəni bitirmək istəmir…” – Dünyaya verdiyi 4 mesaj

 

“Qarşıdakı həftələr Rusiya ordusununöz reputasiyasını və təcəssüm etdirdiyi cəmiyyətinin nüfuzununə qədər xilas edə biləcəyini göstərəcək”

Vladimir Putin bu müharibə ilə bütün dünyaya göstərmək istəyirdi ki, Sovet İttifaqı dağıldıqdan sonra o, Rusiya ordusunu və öz ölkəsini necə əzəmətli bir gücə çevirib. Lakin Ukraynadakı məğlubiyyətlər və ağır itkilər Putinin bütün planlarını alt-üst etdi. Ukraynanın işğalı sözün əsl mənasında Rusiya Silahlı Qüvvələri üçün fəlakətə çevrilib.

Britaniya hökumətinin məlumatına görə, iki aydan artıqdır davam edən döyüşlərdə Rusiyanın 15 minə yaxın hərbçisi həlak olub, 1600-ə yaxın zirehli texnikası, onlarla təyyarəsi və Qara dəniz donanmasının flaqmanı məhv edilib. Ona gör də Vladimir Putin Ukraynadakı uğursuzluqlarını kompensasiya etmədən, müharibəni bitirmək istəmir.

Bu mövzuda Britaniyanın “The Economist” nəşrində yayımlanan materialların bir qismini oxuculara təqdim edirik:

“Leon Trotski yazırdı: “Ordu cəmiyyətin surətidir. Onun bütün xəstəliklərindən, adicə hərarətinin qalxmasından belə ən çox cəmiyyət əziyyət çəkir”.

Növbəti bir neçə həftə ərzində Ukraynanın şərqində və cənubunda gedən döyüşlər təkcə müharibənin gedişatını müəyyən etməyəcək, həm də Rusiya ordusunun öz reputasiyasını və təcəssüm etdirdiyi cəmiyyətinin nüfuzunu nə qədər xilas edə biləcəyini göstərəcək.

Bəs öz cəmiyyətini təmsil edən Rusiya ordusu nə qədər zəifdir?

Rusiyanın 250 milyard dollardan artıq olan hərbi büdcəsi İngiltərə və Fransadan təxminən üç dəfə çoxdur. Lakin korrupsiya nəticəsində bu büdcənin böyük bir hissəsi israf edilib və ya oğurlanıb.

Putin və ona yaxın olan yüksək rütbəli komandirlərin öz işğal planlarını digər yüksək rütbəli zabitlərdən gizlətməsi, orduda bir-birinə inamın olmadığını göstərir. Köhnəlmiş yeməklərlə qidalanan narazı rus əsgərləri isə Rusiyanın bu müharibəyə hansı səviyyədə hazırlaşdığının bariz nümunəsidir.

Ukraynada insanları öldürən, işgəncə verən, onları zorlayan rus hərbçilərin yeganə məqsədi isə Kreml tərəfindən kiçik də olsa bir mükafat qoparmaqdır. Rusiya nəhəng ola bilər, lakin o, hələ də super güc olmaq istəyən orta ölçülü bir dövlətdir.

Əhalisi Banqladeş və Meksika qədər, iqtisadiyyatı Braziliya və Cənubi Koreya kimi, dünyadakı qlobal ixrac payı isə Tayvan və İsveçrədən azdır.

Rusiyaya ən yaxşı halda Cənubi Afrika və Hindistan kimi ölkələrdə müəyyən rəğbət bəslənilsə də, Ukraynada törətdiyi vəhşiliklərdən sonra bu dövlətlərdə də əvvəlki nüfuzunu itirib. Ukraynada baş verən bütün bu hadisələr Putin hakimiyyəti üçün böyük təhdid hesab oluna bilər. Putin hər nə qədər onu tənqid edənləri öz təbliğat maşınıyla əzsə də, müharibənin uğursuz nəticələri onun Rusiya daxlindəki mövqeyinə ağır zərbə vurur.

Rusiya ordusunun avadanlığı, silah-sursatı və canlı qüvvəsi sürətlə tükənir. Müharibədən sonra Rusiyanın Ukraynadakı itkilərini bərpa etməsi illərlə vaxt alacaq. İlkin ehtimallara görə, Putin hakimiyyətdə qaldığı müddətdə sanksiyalar davam edəcək və müharibə bir qədər də uzunacaq. Burada tək müsbət məqam, Rusiyanın bu müddətdə başqa yerlərdə böyük əməliyyatlar keçirə bilməyəcəyidir.

Ukraynanın işğalı bütün dünyaya bir mesaj idi…

Birincisi, Putin bütün dünyaya göstərdi ki, o, öz istəklərini reallaşdırmaq üçün öz xalqını düşünmədən bütün mümkün riskləri gözə almağa hazırdır.

İkincisi, bütün dünya gördü ki, Rusiya qüvvələri döyüş meydanında qalib gələ bilmədikdə, vəhşiliklərə əl atır. Rusiya ordusu zəiflədikcə daha qəddar bir varlığa çevrilir.

Üçünncüsü, bu zəiflik Rusiyanı sonuncu arenaya – kimyəvi, bioloji və nüvə silahlarından istifadəyə təşviq edə bilər.

Müharibənin ilk günlərindən Putin və dövlət rəsmiləri dəfələrlə kütləvi qırğın silahlarından istifadəylə bağlı bəyanatlar səsləndiriblər. Ancaq Putin rasional insandır. O, bu rejiminin sağ qalmasını istədiyindən, Rusiyanın nüvə silahından istifadə etməsi çox zəif bir ehtimaldır. Amma Rusiya ordusunun gücü tükəndikcə, bu təhdidlər daha təhlükəli bir hal alacaq.

Dördüncüsü, Putin məğlub olsa da o, dünya üçün təhlükəli bir fiqur olaraq qalacaq. Burada NATO-ya verilən mesaj ondan ibarətdir ki, o, öz müdafiə qabiliyyətini daha da gücləndirməlidir.

Müharibənin Baltikyanı ölkələrə sıçramasıyla, bu savaşın NATO-Rusiya mübarizəsinə dönüşməsi də mümkün variantlar arasındadır. Ancaq istənilən halda Putindən və onun çürümüş ordusundan qorunmağın ən yaxşı yolu onu müharibə fikrindən çəkindirməkdir”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password