Lavrov və Şahnazarov Rusiyanı ifşa etdilər

 

Lavrov axmaq adam deyil, çox ağıllıdır, keyfiyyətli diplomatiya məktəbi keçib və “Hitler də yəhudi olub” tezisini deyərkən İsrailin neytral mövqeyinin dəyişəcəyini, bu sözdən sonra İsrailin Ukraynaya dəstəyini kəskin artıracağını, kəşfiyyat məlumatları ötürəcəyini bilirdi.

Bu sözləri ekspert Natiq Cəfərli Rusiya XİN rəhbəri Sergey Lavrovun məlum bəyanatına münasibət bildirərkən qeyd edib.

O bildirib ki, Lavrov “ən qəddar, ən böyük antisemitlər elə yəhudilər olub” sözlərinin də daxildə olan yəhudi əsilli siyasi-iqtisadi-hərbi elitanın xoşuna gəlməyəcəyini bilirdi:

“Yəhudilər çox mütəşəkkil, birlik içində olan, bir-birlərinə kömək edən toplumdur, yəni, pulu və təsiri çox yüksək olan bu toplum daxildə ciddi müqavimət də yarada bilər.

Bəs Lavrov bunları bilə-bilə nədən belə çıxış etdi?!

Məncə, Lavrov qəsdən edib, “absurda qarşı çıxa bilmirsənsə, absurdu artır, idarəolunmaz hala gətir” prinsipi ilə hərəkət edir.

Rusiyanın bütün ağıllı adamları bu prinsipə keçir, dünən Karen Şahnazarov (kifayət qədər ağıllı insandır) TV-dən maraqlı, ikibaşlı mesaj Verdi: təbii ki, Rusiyanı faşist adlandıra bilmir, təbii ki, müharibəni qınaya bilmir, amma absurdu artıra bilərdi və artırdı, dedi ki, ölkədə narazıları strelizasiya etmək, konslagerlər açıb ora yerləşdirmək lazımdır.

Bunu tarixdə nasistlər edib, deməli, bu mesajla, absurdun dozasını artırmaqla, “baxın, ölkə faşistləşir, nasistləşir” – demək istədi.

Yaxın günlərdə bu tipli mesajlar çoxalacaq, bu da Putin rejiminə qarşı özünəməxsus üsyan, rejimin çökməsinə özünəməxsus xidmət etməkdir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password