Zelenskidən Putinə sərt mesaj – “Danışıqlar tamamilə dayandırılsa…”

 

Ukrayna Prezidenti Vladimir Zelenski polşalı jurnalistlərə müsahibəsində Rusiya və ölkəsi arasında iki aydan artıqdır davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Ukrayna lideri Rusiya ilə aparılan danışıqların tamamilə dayandırılması risklərinə toxunub.

“İstənilən danışıqların tamamilə dayandırılmasının böyük riskləri var. Bu, Rusiya ordusunun girdiyi yerlərdəki nəticələrlə bağlıdır. Mariupol və Buçada baş verənlərə görə insanlar onları öldürmək istəyirlər. Belə bir mühitdə danışmaq asan deyil”, – Zelenski bildirib.

Ukrayna prezidenti iki ölkənin nümayəndə heyətlərinin müxtəlif səviyyələrdə onlayn formatda görüşdüklərini açıqlayıb:

“Yalnız bir aktyorun oynadığı siyasi teatr tamaşasında iştirak etmək istəmirik. Rusiya tərəfi əvvəlcə əsir mübadiləsinin olacağını təsdiqləyir, amma sonra bu baş vermir”.

Zelenski bu problemlərin həlli üçün iki liderin birbaşa görüşməsinin vacib olduğunu vurğulayıb: “Çünki Rusiyada hər şeyə bir şəxs (Vladimir Putin) qərar verir”.

Ürəyi və canı ilə xalqının yanında olduğunu bildirən Zelenski deyib: “Bircə şans varsa, danışmaq lazımdır”.

Kiyev vilayətində yeni kütləvi məzarlığın tapıldığını söyləyən Ukrayna lideri indiyədək oxşar məzarlarda ümumilikdə 900 nəfərin cəsədinin aşkarlandığını açıqlayıb./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password