“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir” – Lavrov
“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir, Qərb dövlətləri bundan danışmağa başlayır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Məndən nüvə müharibəsinin mümkün olub-olmaması, nüvə müharibəsi risklərinin artıb-artmaması və Rusiyanın bunun baş verə biləcəyini güman edib-etməməsi ilə bağlı sual verdilər. Mən cavab verdim ki, (ABŞ-ın keçmiş prezidenti Donald Tramp) administrasiyası ilə əməkdaşlığımızın lap əvvəlindən biz onlara 1997-ci ildə Reyqan-Qorbaçov tezisini bir daha təsdiq etməyi təklif etmişik ki, nüvə müharibəsində heç bir qalib ola bilməz”, – deyə nazir qeyd edib.
O qeyd edib ki, məhz Rusiya dəfələrlə bütün nüvə ölkələri adından nüvə silahı ilə bağlı öhdəlikləri təsdiqləyən bəyanatların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib:
“Tramp administrasiyası belə bir bəyanatı qəbul etməkdən imtina etsə də, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Baydenin Cenevrədəki ilk görüşündən sonra qəbul edilib”.