Nazir Ermənistanla sülh müqaviləsindən danışdı

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov konfrans iştirakçılarına postmünaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin görüşü nəticəsində əldə edilən razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, kommunikasiyaların açılışı və etimad quruculuğu tədbirləri barədə məlumat verib. Nazir iştirakçılarla bölgədə sülh, təhlükəsizlik və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları ilə bölüşüb.

Xarici işlər naziri konfrans iştirakçılarının, bölgənin inkişafı və beynəlxalq ictimaiyyətin rolu, sülh müqaviləsinin əsas elementləri, bölgə ölkələri arasında əməkdaşlıq formatı, iki ölkə arasında münasibətlərin normallaşması və vasitəçilərin rolu, kommunikasiya xətlərinin açılışının bölgə ölkələrinə faydası, mina təhdidinin aradan qaldırılması, məcburi köçkünlərin evlərinə geri dönüşü və digər mövzularda çoxsaylı suallarını cavablandırıb.

Tədbir çərçivəsində professor Eldar Nadiradzenin rəhbərliyi altlnda bir qrup gürcü aliminin iştirakı ilə paytaxt Şuşa şəhəri olmaqla Azərbaycan dövləti – Qarabağ xanlığına aid 300-dən çox artefaktların rəsmlərinin toplandığı “Qarabağ xanlığı. Tarixi və mədəni profil” adlı kitab-albomun təqdimatı edilib. 19-cu əsrdə Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya İmperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatlar barədə məlumat konfrans iştirakçılarının diqqətinə təqdim edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password