Şəmkirdə Resurs və Təlim İctimai Birliyinin təşkilatçılığı ilə sessiya keçirilib

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin təşkilatçılığı il 26 aprel 2022-ci ildə Şəmkir şəhərində, Heydər Əliyev Mərkəzində “Qərb bölgəsində açıq hökumət təşəbbüsləri və ictimai nəzarət fəaliyyətlərinin təşviqi.” layihisəsi çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilmişdir. .
Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi Açıq Hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətində maarifləndirmələr həyata keçirdi. Məlumatlandırma sessiyasının əsas hədəflərindən biri vətəndaş cəmiyyəti ilə bərabər ictimayyət nümayəndələrini də ictimai nəzarət istiqamətində aktivliyini artırmadır.
Məlumatlandırma sessiyasında İctimai nəzarət dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu baxımdan nəzarətin səmərəliliyini və keyfiyyətini artırmaq üçün Şəmkir rayonunda da onun institusional fəaliyyətini genişləndirməyə dəstək vermək layihənin ümdə məsələlərindən biridir.
Məlumatlandırma sessiyaları zamanı qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması haqqında təlimçi və ekspertlər geniş məlumatlar verdilər. Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönündə səylər göstərilməsini, beləliklə açıq hökumətin təşviqi və ictimi nəzarət sahəsində vətəndaş olaraq müəyyən işlər görmələri istiqamətində fikir mübadilələri aparıldı.
Ümumilikdə açıq hökumətin və ictimai nəzarətin təşviqi korrupsiyaya qarçı mübarizəni gücləndirmək üçün institusional dəstəyin verilməsini vacib hesab edilir. İştirakçılar çıxışlar zamanı təklif edirdilər ki, Qanunda göstərildiyi kimi daimi yerlərdə ictimai müzakirələr və dinləmələr təşkil etməli, ictimai rəyin öyrənməli, qəbul olunan qərarların ictimai müzakirəsini təşkil edilməlidir. Xüsusən cəmiyyətdə açıq hökumətin və ictimai nəzarətin təşviqi istiqamətində araşdırmalar aparmağı zəruri hesab olunur.
Məlumatlandırma sessiyaları zamanı onu da müəyyən edirik ki, ictimai Şurarda üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.
Hesab edirik ki, layihə çərçivəsində açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Şəmkir rayonunda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradar.
Məlumatlandırma sessiyasında ictimai nəzarət sahəsində geniş təcrübəyə malik Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvləri Bilal Məmmədov, Müsahib Zeynalov və Aydın Budaqov iştirak edirdilər.

DSC_0083.JPG

DSC_0008.JPG

DSC_0014.JPG

DSC_0050.JPG

DSC_0147.JPG

DSC_0149.JPG

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password