Çempionlar Liqası: “Liverpul” “Vilyarreal”a qalib gəldi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Bu turun ikinci matçında İngiltərə “Liverpul”u İspaniyanın “Vilyarreal” klubunu qəbul edib. “Enfild” stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər 2 qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
28 aprel
23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 2:0
Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
Liverpul, “Enfild” stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”yə uduzub – 3:4.