“Əvvəl buğda, bitki yağları və şəkər bahalaşacaq, sonra isə…” – Bədbin proqnoz

 

“Dünyada bahalaşma davam edəcək”. 

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Qeyd edək ki, ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma hələ də davam edir. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir. Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmır. İnsanların narahatlığını normal qarşılamaq olar. Çünki elə məhsul var ki, qiyməti ikinci dəfə bahalaşır.

Akif Nəsirlinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi dünya iqtisadiyyatına öz təsirini göstərir:

“Rusiya ilə Ukrayna arasında müharibə dünya iqtisadiyyatına yetərincə zərbə vurub. Müharibənin davamlı olması məsələni bir qədər də dərinləşdirir. Çünki Ukrayna və Rusiya dünyanın böyük kənd təsərrüfatı ölkəsi, bitki yağlarının, ərzaq buğdasının əsas istehsalçılarıdır. Ona görə də dünyada bahalaşma davam edəcək.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da bu məsələyə təsir edir. 15-ə yaxın ölkə Rusiyanın və Ukraynanın ixrac etdiyi ərzaq buğdasından 70-80 faiz asılıdır. O cümlədən də Azərbaycanın 75 faiz ərzaq buğdası idxaldan asılıdır. Bir tərəfdən ixracı məhdudlaşdırır, digər tərəfdən ixrac etdiyi məhsullara qoyduğu rüsumları artırır”.

Ekspert ölkə daxilində bahalaşmanın daha da şiddətli şəkil alacağını deyib:

“Dünyada bütün ərzaq məhsullarının qiyməti bahalaşacaq. Çünki dünyada açar ərzaq məhsulları buğda, bitki yağları və şəkərdir. Bu üçü bahalaşır, ərzaq qıtlığı yaranırsa, deməli bahalaşma davam edəcək.

Ölkə daxilində bu bir qədər də şiddətlənəcək. Azərbaycan daxilində həm idxal monopoliyaları inhisardadır, həm də daxili bazar. İnhisarçılar da rəqibləri olmadığına görə, qiymələri bahalaşdırmağa meyilli olurlar. Çünki gəlirlərini belə artırırlar”.

A.Nəsirli qeyd edib ki, Azərbaycanda qiymət dəyişməsi heç vaxt ucuzlaşmaya doğru olmur:

“Son 15 ildə Azərbaycanda qiymət dəyişməsi deyəndə ucuzlaşma nəzərdə tutulmur. Çünki rəqabət mühiti yoxdur. Sahibkarlar özlərinə lazım olanda qiymətləri qaldırırlar.

Dünya bazarında məhsul 5 faiz bahalaşırsa, Azərbaycanda 15 faiz olacaq. Bahalaşma yenə də gözləniləndir. Yay mövsümündə proses cilovlana bilər. Lakin payızda şiddətlənəcək”./yenisabah.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password