Əgər Rusiyanın qarşısını almasaq… – Millidən şok
Bu müharibədə Ukrayna ilə bərabər, daha çox məsələ risk altındadır.
Bu sözləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli deyib.
“Xəritəyə təhlükəsizlik məsələsi qoyulub – İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyi məsələsi; xəritəyə 1945-ci ildə qurulan qlobal təhlükəsizlik nizamı qoyulub”, – Milli bildirib.
Onun sözlərinə görə, bu beynəlxalq təhlükəsizlik nizamı 78 il mövcud olub:
“O, böyük müharibənin qarşısını alıb. Bu konsepsiyanın bütün mahiyyətində o dayanır ki, böyük dövlətlər kiçik ölkələrə hərbi müdaxilə etməyəcəklər. Məhz bu da baş verdi – Rusiya kiçik ölkəyə qarşı getdi”.
Milli bildirib ki, əgər Rusiya Ukraynaya təcavüzdən uğurlu çıxsa, eyni hal beynəlxalq nizamla da baş verəcək:
“Əgər bu baş versə, biz ciddi şəkildə qeyri-stabil epoxaya daxil olacağıq. İndi əsl vaxtdır, məhz indi aqressiyanı dayandırmaq və Avropada sülh və təhlükəsizliyi bərpa etmək imkanı var”./axar.az