Türkiyə və Azərbaycana qarşı İrəvana gələn SİFARİŞ – Ermənistanı kim idarə edir?

 

“Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd göstərməsi Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribatdır. Bu məkrli hərbi avantüranın nəticələri ağır ola bilər və buna görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. 

Bunu açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması erməni cəmiyyətində hələ də sülhə qarşı olan qüvvələrin olmasından xəbər verir:

“Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanın regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən bütün təşəbbüslərinə qeyri-adekvat davranış sərgiləməkdədir. İl yarımdan artıq vaxt keçməsinə baxmayaraq, qarşı tərəf hələ də 10 noyabr sənədinin öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Zəngəzur dəhlizi açılmamış qalır. Qarabağ separatçı tör-töküntülərdən tam təmizlənməyib. Bütün bunların fonunda Ermənistan hakimiyyətinin ziddiyyətli və biri o birini tanımayan davranışları da diqqətdən yayınmır.

7 aprel tarixində Brüsseldə keçirilən görüşdə Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul etdiyini bildirmişdi. Bu, o demək idi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkir. Lakin aradan heç 1 ay keçməmiş qarşı tərəfin sərhəddə növbəti hərbi təxribatına şahidlik etdik. Hər şeyin yolunda getdiyi bir məqamda Ermənistanın hərbi avantüraya getməsi ilk növbədə ondan xəbər verir ki, bu ölkənin sükanı başqa ölkələrdən idarə olunur. Hər halda öz xalqının iradəsi ilə idarə olunan hakimiyyət sülhə qarşı bu qədər aqressiya nümayiş etdirməz. Bir sözlə, növbəti dəfə təsdiq olundu ki, Ermənistanın müstəqilliyi və suverenliyi tamamilə formal xarakter daşıyır.

Qondarma soyqırımı ilə bağlı İrəvanda keçirilən aksiyada Azərbaycan və Türkiyə bayraqlarının yandırılması erməni cəmiyyətində hələ də sülhə qarşı olan qüvvələrin olmasından xəbər verir. Revanşist siyasi dairələr isə bu faktordan öz məqsədləri üçün faydalanmağa çalışır. Ümumiyyətlə, sülh yolunda Ermənistanın bir dövlət olaraq qət etməli olduğu yol xeyli uzundur. Ermənistan hakimiyyəti ilk növbədə öz cəmiyyətini sülh dövrünə hazırlamalıdır”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password