Qazi qardaşlar mənzil şəraitinin yaxşılaşdırılması üçün Prezidentə müraciət etdilər
Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçivanski küçəsi, ev 1, mən., 25-də qeydiyyatda olan və müvəqqəti yaşayan qazi qardaşlar- Baxışov Məhəmmədəli Rəşad oğlu və Baxışov Baxış Rəşad oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və digər aidiyyatı dövlət orqanlarına mwraciət ünvanlanıb.
Aktualinfo.org qazi qardaşların sözügedən müraciətini olduğu kimi diqqətinizə çatdırır.
Çox hörmətli Ali Baş Komandan və Prezident cənab İlham Əliyev və xanım Mehriban Əliyeva!
Yüksək fədakarlığınız sayəsində işğaldan azad edilmiş torpaqlarımızı tez-tez ziyarət etməyiniz biz qazilər üçün çox böyük təsəllidir. Sizin hər bir səfəriniz Vətən torpağı uğrunda şəhid olmuş müqəddəs insanlarımızın ruhuna ən böyük ehtiramdır.
Bəli, bu gün biz qazi qardaşlar olaraq fəxr edirik ki, 44 günlük müharibədə əvvəldən zəfər gününədək Füzuli, Qubadlı, Şuşa, Xocavənddə döyüş tapşırıqlarını yerinə yetirərkən azğın düşməni və onların havadarlarını qanımız bahasına müqəddəs torpaqlarımızdan qovub çıxardıq. 44 gün ərzində göstərdiyimiz şügaətlər layiq olduğumuz medallarla bir daha təsdiqini tapmışdır. Bütün döyüş yoldaşlarımız və komandanlıq biz qardaşların düşmənə necə qan uddurmağımızın canlı şahidləridir. Baxışa cəsur döyüşçü adı verilmiş, Məhmmədəli isə döyüşlərdə fərqlənmə və şücaətə görə xüsusi medallarla təltif olunmuşuq.
Müharibədən sonra hazırda qeydiyyatda olduğumuz Bakı şəhərinin Nizami rayonunda bir otqalı mənzildə kirayədə yaşayırıq. Sağ olsunlar “Yaşat” Fondu rəhbərliyi bizi döyüşlərdə xüsusi fərqləndiyimizə görə daima qayğımıza qalaraq müalicə və əməliyyatlarımıza yardımçı olmuşlar. Biz qardaşlar Bakı şəhərində sağlamlığımızın bərpasını davam etdirmək üçün uzun müdət həkim nəzarətində yaşamağa məcburuq. Hazırda Baxış da mən Məhəmmədli isə növbəti təkrar əməliyyata hazırlaşırıq. Sağlamlığımız tam qaydasında düşdükdən sonra Bakı şəhərində indi getdiyimiz hazırlıq kurslarını bitirib ali təhsil almağımızı planlaşdırırıq.
Cənab Prezident, Siz həmişə şəhid ailələri və qazilərə xüsusi qayğı və həsasslıqla yanaşmısınız. Və görürük ki, bizim kimi sübay qazilərin hazırda ən böyük problemi mənzil məsələsidir. Çünki sağlamlığımız və iqtisadi sıxıntımız bu problemin çözülməsinə imkan vermir. Ona görə yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq Sizdən çox xahiş edirik ki, tezliklə biz qazi qardaşların da mənzillə təmin olunmağımız üçün aidiyyatı üzrə göstəriş verirsiniz. Biz qazi qardaşlar olaraq Müzəffər Ali Baş Komandan kimi Sizə və çoxdəyərli, hümanist Mehriban xanıma çox böyük ümid bəsləyirik.
Əvvəlcədən münnətdarlığımızı bildiririk.
Aktualinfo.org