2,1 trilyonluq hərbi xərc: İlk yerləri görün hansı ölkələr tutur

 

Qlobal hərbi xərclər 2021-ci ildə 0,7% artaraq 2,1 trilyon dollara çatıb.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.

Xərclərə görə ilk siyahıda ilk 5 yeri ABŞ, Çin, Hindistan, İngiltərə və Rusiya tutur. Dünyanın hərbi xərclərinin 62%-i bu ölkələrin payına düşür.

SIPRI bildirib ki, hərbi xərclər 17 ildir ki, davamlı olaraq artır.

“COVID-19 pandemiyasının iqtisadi nəticələrinə baxmayaraq, qlobal hərbi xərclər rekord səviyyəyə çatıb. İnflyasiya real ifadədə artımı azaldıb. Bununla belə, nominal ifadədə hərbi xərclər 6,1% artıb”, – deyə SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının baş elmi işçisi Dieqo Lopez da Silva əlavə edib.

ABŞ-ın 2021-ci ildə hərbi xərcləri 801 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 1,4% azdır. 2012-2021-ci illər arasında ABŞ-ın hərbi tədqiqat və inkişafa ayırdığı maliyyə vəsaiti 24% artıb, eyni dövrdə silah tədarükünün maliyyələşdirilməsi isə 6,4% azalıb.

 

Rusiya Ukraynaya qarşı müharibəyə hazırlıq çərçivəsində 2021-ci ildə hərbi xərclərini 2,9% artıraraq 65,9 milyard dollara çatdırıb.

“Yüksək neft və qaz gəlirləri Rusiyaya 2021-ci ildə hərbi xərclərini artırmağa kömək edib. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə cavab olaraq sanksiyalarla birləşən aşağı enerji qiymətləri səbəbindən Rusiyanın hərbi xərcləri 2016-cı ildən 2019-cu ilə qədər azalıb”, – SIPRI-nin hərbi xərclər və silahlar proqramının direktoru Lucy Bero-Sudro bildirib.

2021-ci ildə Çin silahlı qüvvələrinə təxminən 293 milyard dollar ayırıb ki, bu da 2020-ci illə müqayisədə 4,7% çoxdur. Çinin hərbi xərcləri 27 ildir ardıcıl olaraq artır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password