Mişelin Putinə zəngi: Bakı formatı elan etdi
Rəsmi Bakı Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin və sərhədin müəyyənləşməsi üzrə milli komissiyanın tərkibini müəyyən edib. Və ən əhəmiyyətli məqam Əliyevin “Bakı-İrəvan” formatı üzərində dayanmasıdır.
İndi növbə İrəvandadır. Paşinyan Putinlə görüşdən sonra “status”un arxa plana keçdiyi ilə bağlı mövqeyini təkrarladı və sülhün vacibliyini qeyd etdi. Bu, Moskvada ciddi korrektlərin olmadığı ehtimalını önə çıxarır. Bununla yanaşı, Şarl Mişelin Putinlə müzakirəsi, ardınca Paşinyan və Əliyevə zəng etməsi Avropa İttifaqının Brüssel razılaşmasının icrasında israrlı olduğunu göstərir. Əslində Rusiya Qərblə açıq qarşıdurma aparsa da, Cənubi Qafqazda Aİ ilə paralel işləməkdə maraqlı ola bilər. Ötən il Brüsselin prosesə qoşulması da Moskvanın marağına uyğun idi.
Paşinyan üçün əsas çətinliklərdən biri daxildəki vəziyyətdir. Hərçənd, müxalifətin istəyinə nail olacağı ehtimalı zəifdir./axar.az