Masallı, Yardımlı meşələri 14 min manatın müqabilində belə talan edilir

 

“Facebook” sosial şəbəkəsində, iki gün öncə  “Ecofront” adlı səhifədə Yardımlı meşələrinin kütləvi şəkildə kəsilməsi barədə çoxlu sayda şəkillər paylaşılıb. İzləyicilər yazıblar ki, “Yardımlı meşəsinin 4 saylı meşəbəyliyinin, 13 saylı dolayıdır bura. İşlik materiallar üçün ağaclar kütləvi olaraq kəsilib. Saya bildiyim təxminən 100 ədəd yeni kəsilən ağac var dolayda. 300 ə yaxını isə bir müddət əvvəl kəsilib. Bu gün sabah meşədə olan hazırlanmış taxta-şalbanı aradan çıxartmaq istəyirlər. Təcilidir, kömək edin”

Elə həmin səhifədə bir neçə saat əvvəl yayılmış paylaşımda isə bildirilir ki, “Bir az əvvəl aldığımız məlumata görə Yardımlı meşəsinin 4 saylı meşəbəyliyinin 13 saylı dolayından 80 kub metr taxta-şalban materialı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ələ keçirilib və idarəyə aparılıb. 1 maşın 30 kub metr material isə qaçırdılıb. ETSN hələ də bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.”

Aktualinfo.org- xatırladır ki, bir neçə gün əvvəl elektron kütləvi informasıya vasitələrində cənib bölgəsində, konkret olaraq Lerik meşələrinin də kütləvi şəkildə məhv edilməsi barədə şəkillər paylaşılmış, məlumatlar yayılmışdı.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Lerik meşələrindəki bu kütləvi qırıntılara görə də heç bir açıqlama vermədi. Əraziyə göndərilən yoxlamaların müəmmalı səbəbdən dayandırılıb cəmi 20-30 agacın kəsilməsi barədə akt tərtib edilməsi barədə məlumatlar isə şikayətçilər tərəfindən açıqlandı.

Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri konkret ünvanlarda göstrilən bu kütləvi meşə kəsintilərinə nə üçün münasibət bildirmir. Bu nazirlikdə nələr baş verir?

Xatırlatmaq istərdik ki, elə sözügedən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində son iki ildə bir neçə direktor dəyişib. Direktorların dəyişməsinə baxmayaraq ərazidəki meşələrdə ağacların kütləvi kəsimi davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bunları sadəcə seyr edir, primitiv açıqlamalarla əhalinin başını aldadır. Əslinə nələr baş verir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində fəaliyyətdə olan meşə mafiyası ilə bacarmır. Bununla bağlı, respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən meşə mafiyası ilə əlaqədar geniş araşdırmalarımızı növbəti yazıların birində ictimaiyyətin diqqətinə çatdıracağıq.

Qayıdaq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətinə. Regional mərkəzə Yardımlı, Cəlilabad, Masallı rayonlarının meşə təsərrüfatları daxildir. Son vaxtlar məhz bu rayonlarda meşələrin kütləvi şəkildə talan edilməsi ilə bağlı çoxlu məlumatlar yayılmaqdadır. Əldə etdiyimiz məlumatlara görə burada da meşə mafiyası öz işini görür və nə hüquq mühafizə orqanları, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısını ala bilmirlər. Ala bilmirlər və yaxud almaq istəmirlər, bu ayrıca bir mövzudur. Amma faktiki olaraq hər bir neçə ayadan sonra bu ərazilərdə ağacların kütləvi kəsilməsi barədə məlumatlar yayılır. Kimdir bunları törədən? Bizə verilən məlumatlara görə bu zonada meşələrin kütləvi şəkildə talan edilməsinin başında 2006-2012-ci illərdə Yardımlı rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru olmuş Füzuli Bağışov dayanır. Sözügedən şəxsi uzun illər meşə təsərrüfatı sahəsində çalışıb. Yəni zonanın meşələrini hamıdan yaxşı tanıyır. Gizli yolları da həmçinin. Özünün də Masallı və Yardımlıda bir neçə taxta-şalban sexi var. Masallıdakı “Embawood” mebelin əsas təchizatçılarındadır. Həm də zonadakı meşələrin qənimidir.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə yanvar ayında təyin edilmiş Əlizamin Talıbovla da bir yerli kimi yaxşı münasibətləri var. Verilən məlumatlara görə Əlizamin Talıbov vəzifəsinə başlayan kimi Füzuli Bağışovdan təlimatlar alıb. Odur ki, əvvəlki müdirlərdən fərqli olaraq Əlizamin Talıbov daha arxayındır. Füzuli Bağışovdan başqa onu qoruyan başqa bir nəfər də var. Hansı ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əvvəlki direktorlarını güdaza vermişdi.

Bir açıq hava və ağac şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir təbiət və ağac şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir ağac və təbiət şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində sonuncu kadr dəyişikliyi bir müddət əvvəl sosial şəbəkələrdə silahla foto paylaşan direktor Adəm İsmiyev olmuşdu. Onun yerinə nazir Muxtar Babayevin müvafiq əmri ilə sözügedən mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Əlizamin Talıbova həvalə edilib. Bu cəmi 4 ay bundan əvvəl baş verib.

Vəzifə başna gətirilmiş Əlizamin Talıbov 4 ay ərzində nə kimi işlər görüb? Yerli rayon sakinlərinin elektron kütləvi informasiya vasitələrinə verdiyi məlumatlara görə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ştat cədvəlinə əsasən, bir müddət bundan öncə 27 nəfər fəhlə iş ilə təmin olunurlar. Çatdırılan məlumatlara görə, Əlizamin Talıbov işə götürülmələrinin qarşılığında onların hər birindən 2000 (iki min ) manat rüşvət alır. Bu şəxsin digər vəzifələrə təyin etdiyi şəxslərdən də, təqribən 7000-10000 manat məbləğində rüşvət aldığı söylənilir. Bir sözlə, ilk əvvəl optimallaşma adı ilə işçilər ixtisar olunurlar və yenidən təyinat düzülüb-qoşulur. Belə bir yollarla Əlizamin Talıbovun qısa zaman kəsiyində üstüstə 300000 (üç yüz min ) manat pul qazandığı söz-söhbəti yayılıb.

Qeyd edək ki, Əlizamin Talıbov daha əvvəllər Meşələrin İnkişafı Xidmətində və Abşeron Yaşıllaşdırma İdarəsində çalışıb. Məlumatlara görə ona vəzifə pilləsində yüksəlməyə əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdiri olmuş, hazırda isə Meşələrin İnkişafı Xidmətinin rəisi olan Xalıqverdi Hüseynov köməklik edir. Məlumatlarda həmçinin bildirilir ki, Əlizamin Talıbov Meşələrin İnkişafı Xidmətinin rəisinə 14 min manat verməsini çox yerdə açıq-aşkar söyləyir. Elə ona görə də, rəhbəri olduğu mərkəzdə istədiyini edir.

Biz istərdik bu məsələyə Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov aydınlıq gətirsin. Əlizamin Talıbov həqiqətənmi ona verdiyi 14 min manatın müqabilində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində istədiyini edir?

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password