“Bavariya” ardıcıl 10-cu dəfə Bundesliqa çempionu oldu

 

Almaniya Bundesliqasında 31-ci turun mərkəzi oyunu keçirilib.

“Bavariya” Dortmund “Borussiya”sını qəbul edib.

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Bavariya” – “Borussiya” (Dortmund) – 3:1
Qollar:
 Qnabri, 15, Levandovski, 34, Musiala 83 – Emre Can, 52-pen.

Bu nəticədən sonra xalını 75-ə yüksəldən Münhen təmsilçisi yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

Beləliklə, “Bavariya” tarixində 32-ci, ardıcıl isə 10-cu dəfə ölkə çempionu olub.

“Borussiya” 63 xalla 2-ci, “Bayer” 55 xalla 3-cüdür.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password