Ermənilərin Bakıya qarşı təbliğatı davam edir

 

Möhtərəm cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu.

Bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır.

Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələri Azərbaycana qarşı təbliğat kampaniyalarını davam edir:

“Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdiyi vəhşiliklərə şahidlik etsinlər”.

Hikmət Hacıyevin sözlərinə görə, digər ən böyük problem minalardır.

O qeyd edib ki, humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir. “Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında beşinci yerdədir. Bunu təəssüflə qeyd edirik”, – deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib:

“Hazırda Cənubi Qafqaz regionunda sülh gündəliyi aktualdır. Azərbaycan Ermənistana sülh üçün 5 maddəlik baza prinsipi təklif edib”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password