Sumqayıtda nə baş verir? – Müəmmalı şəxs məmurlar vasitəsilə vətəndaşları hədələtdirir (FOTO)

 

Prezident İlham Əliyev: “Hələ hesab edirik ki, hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər”.

Bunu dövlət başçısı dəfələrlə, yerli icra orqanlarında baş verən özbaşınalıqlar barədə danışarkən xüsusi olaraq vurğulayıb. Artıq dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin həbs edilməsindən və onların illər uzunu qeyri-qanuni yollarla topladıqları sərvətləri barədə hər bir ölkə vətəndaşlarının məlumatı var. Lakin bunlara baxmayaraq hazırda yerli icra orqanlarında yenə də bu cür acınacaqlı halların baş verməsi davam edir. Həbslərə baxmayaraq, bəzi məmurların özbaşınalıqları isə bir çox hallarda çərçivəyə sığımır.

Hazırda özbaşınalıqların hökm sürdüyü icra hakimiyyətləri sırasına Sumqayıtı da əlavə etmək olar. Sumqayıt şəhər, 1-ci mikrorayon, bina 122-də yaşayan yüzlərlər sakinin AzToday.az-a ünvaladıqları müraciətlərdə qeyd edilir ki, bir neçə gün əvvəl yaşadıqları binanın həyətyanı sahəsində onlara məlum olmayan bir şəxsin ağacları kəsib yerində restoran tikmək istəyib. Bu isə sakinlərin etirazına səbəb olub. Bu barədə artıq ARB Televiziya Kanalında veriliş yayımlanıb. Lakin sujet yayımlandıqdan sonra 122-ci binanın, xüsusilə etiraz edən sakinlərini susdurmaqdan ötrü onlara qarşı hədə-qorxular gəlinməyə başlanılıb. Məsələn Mətanət adlı bina sakininin ARB Kanalına müsahibəsindən sonra onun işlədiyi yerə Sumqayıt Şəhər İcra Hakimiyyətindən telefon zəngi olunaraq işdən çıxarılması tələb edilib. Digər bina sakini Şaiq Camalovun sözlərinə görə, o uzun illərdi Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləyir. Digər sakinlər kimi o da hədə-qorxulara məruz qalıb. Belə ki, Şaiq Camalov Sumqayıt Təhsil İdarəsinə çağırılaraq ona xəbərdarlıq edilib ki, yaşadığı binanın həyətyanı sahəsində tikinti işlərinə etiraz etməsin. Əks halda işdən çıxarılacaq. Daha bir bina sakini Balaqız Qurbanova qeyd edir ki, illər uzunudur binanın həyətyanı sahəsində onlarla ağac əkib becərib, yaşıllaşdırıb, indi isə onlara məlum olmayan, müəmmalı bir şəxs həmin əraziyə fəhlələri töküb, deyilənə görə restoran tikmək üçün ərazidə qazıntı işləri aparmaqla yanaşı ağacları da kəsmək istəyir. Məsələ ondadır ki, Balaqız Qurbanov ahıl yaşında olduğu üçün ona yox, övladlarının şərlənəcəkləri ilə hədə-qorxular gəlinib. Bundan əlavə onlarla bina sakinlərinə də müxtəlif hədə qorxular gəlinib.

Sakinlər daha sonra əlavə edirlər ki, dövlət başçısı, cənab İlham Əliyev tərəfindən ictimaiyyət qarşısında dəfələrlə vəzifəli şəxslərə edilən ciddi xəbərdarlıqlara baxmayaraq, onlar tərəfindən özbaşınalıq halları yenə də mövcuddur. Onların elədikləri əməllər isə dövlətin mənafeyinə zərbə vurmaqdan ibarətdir. Sakinlər ümid edirlər ki, onların səsi eşidiləcək və bu məsələ qısa bir zamanda öz həllini tapacaq./aztoday.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password