İqor Xovayev Bakı və İrəvana niyə gəlir?

“Rusiyalı xüsusi nümayəndənin bölgəyə səfərindən sonra Soçidə Azərbaycan və Ermənistan liderlərinin ikinci görüşü reallaşa bilər”.
Bunu açıqlamasında politoloq Turan Rzayev Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sülh sazişilə bağlı danışıqlar aparmaq üçün Bakıya olacaq səfəri barədə danışarkən deyib.
Həmsöhbətimizin fikrincə, Xovayevin Bakıya səfərinin əsas məqsədi tərəflər arasında sülh danışıqlarına başlamaq üçün ilkin fikirləri öyrənməkdir:
“Rusiya prosesdə Brüsselin iştirakından ciddi narahat olub. Bu mənada Kreml Brüsselin daha konstruktiv yanaşma sərgiləməməsi üçün prosesin öz nəzarətində olmasını istəyir: ”Son proseslər də göstərir ki, Moskva Brüsseldən geri qalmamaq üçün nələrsə edə bilər. Bu mənada da Brüssel formatı işə yarayıb. Putinlə Paşinyanın Moskva görüşündə Azərbaycanın xeyrinə bir sıra məqamlara toxunuldu. Burada da status məsələsinə toxunulmadı, Dağlıq Qarabağ ifadəsi işlədilmədi. Brüssel faktorunun olması Bakının Kremldən nələrisə tələb edib, almasına gətirib çıxara bilər”.
Bu mənada ekspert düşünür ki, Rusiya xüsusi nümayəndəsinin Bakıya səfərindən müsbət nələrisə ummaq olar:”Rəsmi Bakı ehtimal ki, delimitasiya məsələsində SSRİ dövrü xəritələrinə qayıtmaqdan əlavə, anklav bölgələri də tələb edəcək.  Rusiya başa düşür ki, Azərbaycan konstruktiv yanaşmanın olmasına görə Brüssel formatını dəstəkləyir. Rusiya vəd verib, onu tutmasa, Bakı Kremlə deyil, yola Brüsselə davam edəcək. İrəvan da görünür, eyni mövqedədir. Mümkündür ki, Rusiya nümayəndəsinin çantasında sərhədlərin delimitasiyasına dair konkret xəritələr də olsun. SSRİ dövrü üzrə xəritələrlə təyinat Bakının maraqlarına uyğundur. Burada  hətta vaxtilə Ermənistana verilən otlaq, əkin sahələri, anklav bölgələrin, bəzi yüksəkliklərin geri qaytarılması məsələsinin də öz əksini tapacağı mümkündür”.
Buradan da xüsusi nümayəndənin İrəvana gedəcəyi gözlənilir. Hətta mümkündür ki, bu səfər sonrası Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan liderləri arasında ikinci bir Soçi görüşü də keçirilsin. Çünki Moskva görüşündə ölkə başçıları səviyyəsində görüşlərin keçirilməsinin razılaşdırıldığı ifadəsi işlədildi.  Bu da ondan xəbər verir ki, qarşıdakı gün və ya həftələrdə növbəti Soçi görüşünün şahidi ola bilərik. Əslində elə Soçi görüşü fonunda Kremlin Brüsseli üstələyib-üstələməyəcəyi üzə çıxacaq”./qaynarinfo.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password