Türkiyədə mülk alan azərbaycanlılar – Pullar ölkədən çıxarılır

 

Türkiyə Statistika Təşkilatı (TÜİK) hər ay ölkədə əcnəbilərin satın aldığı daşınmaz əmlakın siyahısını açıqlayır. Son 9 ildə qonşu dövlətdə xarici vətəndaşlar 293 min ev alıb. Onların arasında azərbaycanlılar da azlıqda deyil. Təkcə 2022-ci ilin 3 ayında Azərbaycan vətəndaşları təxminən 300, daha doğrusu, yanvar ayında – 89, fevralda – 93, mart ayında isə 115 daşınmaz əmlak sahibi olublar. 

Azərbaycanlıların Türkiyə əmlak bazarına marağının artmasına səbəb nədir?

Nüsrət İbrahimov: Mart-avqust aylarında mənzillərin qiyməti dəyişəcək –  MÜSAHİBƏ - FED.az

Mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak eksperti Nüsrət İbrahimov bunu bəzi imkanlı şəxslərin pullarını ölkə xaricinə çıxararaq bizneslərini şaxələndirməsi ilə əlaqələndirib.

“Türkiyədə daşınmaz əmlakın alqısı, sənədləşdirilməsi, oturum izni alınması və vətəndaşlığın alınması prosedurları, digər ölkələr, xüsusilə, postsovet respublikaları ilə müqayisədə daha əlverişlidir. Üstəlik iş adamlarının bir hissəsi pullarını ehtimal edilən risklərdən qorumaq üçün investisiya kimi daşınmaz əmlak bazarına yatırırlar”.

Nüsrət İbrahimov bildirib ki, alınan əmlakın bir hissəsi, əsasən, turistlərə kirayə verilir ki, beləcə iş adamları üçün rahat qazanc mənbəyi yaranır.

“Türkiyədə oturum izni almaq, yəni müvəqqəti yaşayış hüququnu təmin etmək üçün daşınmaz əmlak vacibdir. Həm də qarşıdan yay gəlir. Daşınmaz əmlakın bir hissəsi turistlərə kirayə vermək üçün nəzərdə tutulub. Digər səbəb insanların biznes fəaliyyəti ilə bağlıdır. Bir qrup insan var ki, öz biznesini şaxələndirir, yəni pullarının bir hissəsini ölkədən çıxarırlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password