Paşinyan hakimiyyət zəmanəti qarşılığında bu addımları atacaq


“Nikol Paşinyanın Moskva səfəri gözlənilən idi. Çünki Rusiya hazırda dünya tərəfindən faktiki blokadaya alınıb, ona qarşı sərt sanksiyalar tətbiq edilir. Belə bir şəraitdə Rusiyaya ancaq Ermənistan, Belarus kimi dövlətlərin rəhbərləri səfər edə bilər. Hazırda biz görürük ki, Rusiyaya elə ciddi dövlət və rəsmi səfərlər də yoxdur. Sanki başqa dövlətlərin başçıları Rusiyaya getmək istəmirlər. Paşinyanın Moskva səfəri ilə Rusiya həm dünyaya mesaj verir ki, mən varam, həm də müzakirələr aparıram”.

Mövzu ilə bağlı danışan politoloq Cümşüd Nuriyev əmindir ki, Paşinyanın Moskvaya dəvət edilməsi ilə Kreml əslində ABŞ və Qərb ölkələrinin Qafqazda fəallaşmasının zərərsizləşdirilməsinə çalışır.

“Bildiyiniz kimi Rusiyanın ardınca ABŞ Minsk Qrupundakı nümayəndəsini Qafqazda danışıqlar aparmaq üzrə müşavir təyin etdi. Bununla bir növ Rusiyaya alternativi kimi özünü Qafqazın sülh təminatçısı statusunda görmək istəyir. Bu da Rusiyanı qıcıqlandırmaya bilməz. Onların da ermənilərə və Paşinyana elə də etibarı yoxdur. Bu səbəbdən də Paşinyanı Moskvaya çağırıblar”, – politoloq qeyd edib.

Cümşüd Nuriyevin sözlərinə görə, ABŞ bölgədə fəallaşan kimi İrəvanda anti-Amerika qüvvələri də fəallaşıb: “Paşinyanı da hakimiyyətə gətirən Soros xəttidir. Məncə, Moskvada Paşinyana deyilib ki, Azərbaycanla münasibətlərə yenidən baxsın, bizimlə sülh sazişi imzalasın, sərhədlər açılsın, dəhliz işləsin. Yalnız bunların fonunda Paşinyana hakimiyyət zəmanəti verilə bilər. Başqa cür mümkün deyil. Əlbəttə, ilkin dövrdə Paşinyanı devirməyə cəhd olundu, amma bu baş vermədi. Qısa müddət sonra Paşinyan təkrar seçkilərə getdi və ABŞ-ın dəstəyi ilə iqtidarda qaldı. İndi tezliklə orada seçkilərin keçirilməsi ağlabatan deyil. Odur ki, Paşinyan hakimiyyət iştahasını dadıb və indiki şəraitdə Rusiyanın əleyhinə gedə bilməyəcək. Məcburdur ki, Azərbaycanla bağlı şərtləri icra etsin. Bu, bir növ Paşinyanın Azərbaycanla sülh sazişi haqqında danışdığı müsbət hərəkətlərin siyasi nəticəsidir”.

 

Politoloq əlavə edib ki, qısa müddətə ərzində baş verməsə də, ilk olaraq birgə komissiya yaradılacaq, sülh danışıqları və müqavilənin strukturunun hazırlanmasına başlanılacaq: “Azərbaycan buna hazırdır, Ermənistan da bunu etməlidir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password