Ukrayna məğlub olsa, qurbanların sayı artacaq – Növbə hansı ölkələrə çatacaq?

 

“Bütün imperiyalar gec-tez parçalanır, lakin onlar çox fərqli şəkildə parçalanırlar. Məsələn, çox məşhur bir inancın əksinə olaraq, Roma İmperiyası xarici zərbələr altında deyil, daxili çəkişmələr və narazılıqlar nəticəsində dağıldı. Fransızlar çox emosionaldırlar. İngilislər həyasız, amma ləyaqətli insanlardır. Osmanlılar digər imperiyalardan fərqli olaraq özünü qorumaq məsələsinin müqəddəs bir iş olduğunu başa düşdüyü üçün çox çətinliklə dağıldı. Almaniyanın imperiya ideyası Berlin və Drezden xarabalıqlarında öldü. Nəticədə bütün imperiyalar qanlı, çox acınacaqlı aqibətlə üzləşərək parçalanıb”.

Bunları açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Гела Васадзе: «Геополитика железной дороги. Главная цель визита главы МИД  Ирана на Южный Кавказ» – Центр досліджень армії, конверсії та роззброєння

O bildirib ki, Ukrayna müharibənin məğlub tərəfi deyil:

“Mən qərəzli ola bilərəm, amma Rusiya bu gün çirkin və vulqar vəziyyətdə ölür. Və o, birinci dəfə deyil ki, ölür. Ötən əsrin əvvəllərindən sonra “Əjdaha” daha da güclənməyi bacarmışdı. Soyuq Müharibənin sonu, 1917-ci illə müqayisədə, mülayim soyuqdəymə kimi görünə bilərdi, lakin bu zaman bəzi hissələrin amputasiyası lazım idi. Rusiyanın bugünkü ölüm səbəbi isə elitanın və nüfuzlu insanların real vaxtda yaşamaqdan qəti şəkildə imtina etməsindən qaynaqlanır.

Öz ölkəsini başqalarının məhvi lehinə qurmaqdan imtina, tarixi ənənəyə söykənən sadomazoxizmdir. Bu, hətta tamam mazoxizm də hesab edilə bilər, rəğbət də oyada bilərdi. Amma imperiyanın işlədiyi sadizm çirkindir, bunun digər adı vulqarlıqdır. Vulqarlıq Sergey Lavrovun “Qərb Ukraynaya kömək etməsəydi, qurbanlar çox az olacaqdı” şərhidir. Yeri gəlmişkən, bu həm də yalandır. Ukrayna məğlub olsaydı, qurbanlar daha çox olardı, daha çox. Həm də təkcə Ukraynada deyil.

İmperatorluğu üçün şərəflə ölə bilənlərin hamısı yüz il əvvəl öldürüldü. Bu imperiyanın son əsgəri isə olmayacaq. O, uzun müddətdir ki, ölüb və öz adamı onu öldürüb. Yüz ildən çox davam edən mənfi seçim Buçaya səbəb oldu. Dünya titrədi. Aydın oldu ki, bu insanlar bütün dünyanı Buçaya çevirməyə hazırdırlar. Ukrayna Silahlı Qüvvələrinin vəzifəsi onlara bunu etməyə imkan verməməkdir”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password