Fransadan şok mesaj – “Türkiyə olmasaydı, Rusiya…”

 

Fransanın “Le Monde” qəzeti Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolundan bəhs edən məqalə dərc edib.

Fransız nəşri Rusiya və Ukrayna arasında dialoqa ev sahibliyi etməklə yanaşı, diplomatik səylərini davam etdirən Türkiyənin böhrandakı rolunu manşetə çıxarıb.

Məqalədə Türkiyənin digər NATO ölkələrindən daha çox iş gördüyü vurğulanıb: “Türkiyə boğazları bütün döyüş gəmilərinə bağlayaraq, boğazların qoruyucusu kimi çıxış etməsəydi, Rusiya bölgəyə əlavə dəniz qüvvələri göndərə bilərdi. Nəticədə Mariupol, Çerniqov və Xarkov kimi digər Ukrayna şəhərləri də məhv olacaqdı”.

Məqalədə hərbi əməliyyatlar başlamazdan əvvəl və sonra təslim edilən Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarına Ukraynada mahnılar yazıldığı, Rusiya ordusunun tanklarının kolonlarına qarşı geniş istifadə edildiyi bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenskinin tez-tez telefonla danışdığına da diqqət çəkilib. Eyni zamanda, Rusiya və Ukrayna diplomatlarının iki dəfə Türkiyədə görüşdükləri vurğulanıb.

Məqalədə Ukrayna hökumətinin bu açıqlamasına da yer verilib:

 

“Türkiyə sanksiyalar tətbiq etməsə belə, təklif etdiyi humanitar, diplomatik, mənəvi və hərbi dəstəyi yüksək qiymətləndiririk. Ukraynaya digər NATO ölkələrindən daha çox dəstək verib. İlk növbədə, bütün döyüş gəmilərinə boğazlarını bağladığı üçün ona çox minnətdarıq”.

Bir ukraynalı diplomat isə Türkiyə haqda bunları deyib:

“Ankara sayəsində Odessanı xilas edə bildik. Ölkənin cənubundakı böyük limanları Rusiyanın raket və bombalarından nisbətən xilas etmişik. Türkiyə fevralın 28-də müharibənin dördüncü günündə Çanaqqala və Boğaziçini bütün döyüş gəmilərinə bağlamasaydı, Rusiya bölgəyə əlavə donanma qüvvəsi göndərə bilərdi. O zaman Qara dəniz sahilindəki şəhərlərə kütləvi hücum ediləcəkdi. Digər şəhərlər də Rusiya raketləri və bombaları ilə külə dönmüş Mariupol, Çerniqov və ya Xarkovun taleyini yaşacaqdı”.

Diplomatın sözlərinə görə, Uzaq Şərqdən və Şimal dəniz donanmasından gələn Rusiya hərbi gəmiləri bir neçə həftədir Aralıq dənizindədir, onlar boğazları keçə bilsəydilər, vəziyyət çox fərqli olardı./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password