Yeni pensiya paketinin müsbət və mənfi tərəfləri… – Ekspert açıqladı

 

Köhnə qanunla müqayisədə nələr müsbətə, yaxud mənfiyə doğru dəyişib…

 

İqtisadçı-ekspert: “Yeni pensiya islahatlarını çox zəif dəyərləndirirəm. Ümumiyyətlə “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilən dəyişikliklərdən sonra bu qanun çox zəif qanuna çevrilib”.

“Çox insan 65 yaşına, yəni pensiya yaşına çatmamış həyatlarını itirirlər. Buna görə də ilk olaraq pensiya yaşı məsələsi həllini tapmalıdır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyi şərh edərkən qeyd edib.

Ötən şənbə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik paketi açıqlanıb. Belə ki,yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Layihəyə əsasən, ailə üzvlərindən biri (ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanacaq.

Qeyd edilib ki, hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Bu isə digər ailə üzvlərinə münasibətdə onların maddi vəziyyətinin ağırlaşmasına və sosial ədalətsizliyə səbəb olur. Qanunun müvafiq maddəsinə əlavədən sonra ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını, yaxud “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik nəzərə alınmaqla sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da ailə üzvlərinin itirilmiş gəlirlərinin kompensasiya edilməsinə, onların maddi vəziyyətinin yaxşılaşmasına və məmnunluğuna gətirib çıxaracaq.

Yeni pensiya islahatlarını necə dəyərləndirmək olar? Dəyişikliklər əsasən özündə nələri ehtiva edir və bu dəyişiklikləri köhnə qanunla müqayisədə hansı istiqamətə, mənfiyə, yoxsa müsbətə doğru inkişaf kimi dəyərləndirmək olar?

Pensiya islahatlarını əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Faktiki olaraq bu gün pensiya yaşı əhalinin orta yaş həddi ilə uzlaşmır”.

İndiki qanuna ediləcək dəyişikliyə görə gözləntilərin çox yuxarı olduğunu nəzərə çatdıran ekspert təəssüflə bildirib ki, qanunda daha dekorativ texniki məsələlərin öz həllini tapması nəzərdə tutulub:

“Yeni pensiya islahatlarını çox zəif dəyərləndirirəm. Ümumiyyətlə “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilən dəyişikliklərdən sonra bu qanun çox zəif qanuna çevrilib. Edilən bu dəyişiklik uzun müddətdir müzakirə olunur. Buna görə də indiki qanuna ediləcək dəyişikliyə görə gözləntiləri çox yuxarı idi. Amma təəssüf ki, qanunda daha dekorativ texniki məsələlərin öz həllini tapması nəzərdə tutulub.

Bu müsbətə doğru addım kimi qiymətləndirilsə belə, qanun çox zəifdir. Çünki qanun fundamental heç bir məsələni həll etmir. Fundamental problemlərdən biri Azərbaycanda müəyyən edilən pensiya yaşıdır. Faktiki olaraq bu gün pensiya yaşı əhalinin orta yaş həddi ilə uzlaşmır. Yeni qanunda da dəfələrlə artırılan pensiya yaşına heç bir dəyişiklik edilməyib. Vətəndaşın pensiyasını hesablamaq üçün bu rəqəm nəzərə alınır. Amma bildiyimiz kimi çox insan 65 yaşına, yəni pensiya yaşına çatmamış həyatlarını itirirlər. Buna görə də ilk olaraq pensiya yaşı məsələsi həllini tapmalıdır.

Rəşad Həsənov: “Fərdi sığorta hesabında, yəni məcburi şəkildə insanlarından tutulan yığımlara görə varislik hüququ yoxdur. Bu da pensiya sistemində güvəni aşağı salır”.

İkincisi pensiya kapitalının məbləğinin hesablanması mexanizmi dəyişməlidir. Çünki bu kapitalın hesablanması minimum pensiyanın hesablanması ilə həyata keçirilir. Sərəncamla isə pensiya dəyişən göstəricidir. Bu artanda hər dəfə kapital da artır. Amma vətəndaşların böyük əksəriyyəti bu artımdan yararlana bilmir.

Üçüncüsü isə varislik bağlı məsələdir. Mövcud qanunvericiliyə görə varislik hüququ toplanan kapitalın yalnız fərdi hissəsinə aid edilir. Bu da könüllü şəkildə toplanan vəsaitdir. Bunu Azərbaycanda heç kim toplamır. Demək olar ki, qanunun bu maddəsi işləmir. Fərdi sığorta hesabında, yəni məcburi şəkildə insanlarından tutulan yığımlara görə varislik hüququ yoxdur. Bu da pensiya sistemində güvəni aşağı salır.

Bu kimi problemlərin heç biri yeni qanun layihəsində öz həllini tapmayıb”./pia.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password