Müharibə Ukrayna iqtisadiyyatına 600 milyard dollar ziyan vurub

 

Aprelin 18-nə olan məlumata görə, Ukraynada müharibə nəticəsində infrastruktura dəyən təsdiqlənmiş ziyan 2,5 trilyon qriven, və ya 85 milyard dollardır.

Bu statistikanı Kiyev İqtisad Məktəbi bir neçə dövlət qurumu ilə birgə tərtib edib.

Kiyev İqtisad Məktəbinin hesablamasına görə, Ukraynanın müharibə nəticəsində birbaşa və dolayı itkiləri 600 milyard dollara yaxındır. Ziyan hesablanarkən ÜDM-in və sərmayələrin azalması, əlavə müdafiə xərcləri və digər ayrılmalar da nəzərə alınıb. Təkcə infrastruktura dəyən təsdiqlənmiş ziyan 2,5 trilyon qriven, və ya 85 milyard dollardır.

Rusiya ilə müharibə nəticəsində 23 000 km yol və 32 min kvadrat metr mənzil fondu sıradan çıxıb.

Məktəbin tərtib etdiyi sənəddə göstərilir ki, müharibə nəticəsində 408 bağça, 623 təhsil müəssisəsi, 206 xəstəxana və 154 zavod dağılıb. Bundan başqa, 277 körpü, 11 aeroport, 2 liman sıradan çıxıb, 91 dini və 109 mədəni obyektə ziyan dəyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password