Ermənistan Azərbaycanın planlarını əngəlləyə bilməz

 

Regionda cəryan edən hadisələr onu göstərir ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz.

Məsələ ilə bağlı sualı cavablandıran Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, Ermənistan ciddi dövlət deyil və bu qeyri-ciddiliyin nəticəsidir ki, razılaşmalara hələ də tam əməl etmir:

“Cənab Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə doğru olaraq qeyd etdi ki, “Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar”.

Hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Etmədiyi halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid olacaq”, – deyə deputat əlavə edib.

Politoloq Ceyhun Əhmədli isə Trend-ə deyib ki, Ermənistan dövləti artıq regional proseslərə təsir imkanlarını tamamilə itirib.

“Azərbaycan isə postmüharibə dövründə də öz şərtlərini diqtə etdirir. Rəsmi İrəvan 10 noyabr bəyanatının maddələrini icra etməkdən boyun qaçırmağa çalışsa da, son nəticədə başqa çıxış yollarının olmadığını dərk edəcəklər. Üçtərəfli bəyanatın 9-cu maddəsində aydın şəkildə təsbit olunub ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək və Ermənistan dövləti bu nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Aradan il yarım vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi hələ də öhdəliyini yerinə yetirməyib. Bu, Ermənistanın 10 noyabr bəyanatını bilərəkdən pozmasıdır”, – deyə o bildirib.

Deputat qeyd edib ki, təbii ki, bu vəziyyət çox davam edə bilməz. “Bizim də səbrimizin tükəndiyi bir məqam olacaq. Ermənistan başa düşməlidir ki, əgər o, öhdəliklərini icra etməkdən boyun qaçırırsa, Azərbaycan da anoloji addımı ata bilər. Qarşı tərəf məsuliyyətdən yayınırsa, onda biz niyə öhdəliklərimizi tam yerinə yetirməliyik? Rəsmi İrəvan bu reallığı başa düşməli və əsassız yerə vaxt uzatmaqda çəkinməlidir”, – deyə politoloq əlavə edib./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password