Ermənistanda müxalifət müddətsiz etiraz aksiyası elan edib

 

Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib.

Bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan yerli mətbuata bildirib.

Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.

Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib.

Vanetsyan aksiyada “Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib./apa.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password