Türkiyəyə qarşı sanksiyalar ləğv edilir? – Vaşinqtondan mesaj var

 

Türkiyəyə qarşı müdafiə və ticarət sahəsində sanksiya tətbiq edən bir çox ölkə embarqoları yenidən nəzərdən keçirmək və ya ləğv etmək üçün addımlar atıb. Kanada, İngiltərə, İtaliya və Fransa kimi ölkələr sanksiyalardan geri addım atmağa qərar verərkən, ABŞ-ın bu nöqtədə necə davranacağı sual yaradıb.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən açıqlama verilib.

Departamentin sözçüsü Ned Prays jurnalistin “CAATSA çərçivəsində Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi düşünürsünüzmü?” sualına belə cavab verib:

“Bununla bağlı cavabım yoxdur. Bildiyiniz kimi, CAATSA sanksiyaları qanunla nəzərdə tutulan məcburi addımdır. Türkiyənin “S-400” sistemi alması ilə bağlı narahatlığımızı türk müttəfiqlərimizlə müzakirə edirik”.

“Yəni sanksiyaları ləğv etməyəcəksiniz?” sualına isə Praysın cavabı bu olub: “Bundan başqa deyəcək heç nəyim yoxdur”.

Prays “Türkiyə kimi ölkələrin Rusiyaya qarşı sanksiya tətbiq etməməsi ABŞ üçün məqbuldurmu?” sualına belə cavab verib:

“Türkiyə NATO-nun mühüm müttəfiqidir. Ukrayna xalqının dəstəklənməsinə və Rusiyadan hesabatın tələb olunmasına mühüm töhfələr verib. Türkiyə NATO müttəfiqidir və NATO çox sərt bəyanatlar verib. NATO ölkələri müxtəlif dəstək formalarında yaxın koordinasiyadadır. Eyni zamanda, Türkiyə diplomatik irəliləyişin olub-olmayacağını görmək üçün rusları və ukraynalıları bir araya gətirməkdə çox mühüm rol oynayıb.

Təəssüf ki, istər Türkiyədə, istər Fransada, istər Almaniyada, istərsə də İsraildə bu günə qədər görülən işlərin heç biri çox uğurlu alınmayıb. Bu, həmin ölkələrin səy göstərməməsindən yox, Rusiyanın bu münaqişəni diplomatik yolla sona çatdırmağa ciddi yanaşmamasından irəli gəlir”.

Jurnalist “Deməli, Türkiyənin Rusiyaya qarşı sanksiya tətbiq etməməsini qəbul edirsiniz?” sualına Praysın izahı belə olub:

“Türkiyə kontekstində davam edən sanksiya pozuntularının olub-olmadığını bilmirəm, amma Türkiyə əhəmiyyətli töhfələr verib. Təkrar deyirəm, Türkiyə önəmli NATO müttəfiqidir və bu kontekstdə Rusiyanın təcavüzünə qarşıdır və Ukrayna xalqına dəstək üçün əhəmiyyətli töhfə verib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password