Rusiya Minsk Qrupundan çıxdı: MQ artıq yoxdur
Rusiya Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edib: Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayev bundan sonra xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcək.
Moskvanın bu addımından iki nəticə çıxır:
– Minsk qrupu de-fakto mövcud deyil: Rusiya digər həmsədr ölkələrin – ABŞ və Fransanın əməkdaşlığı dayandırdığını bildirsə də, xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özü çıxdı;
– Rusiya Bakı və İrəvan arasında yaradılan “ikitərəfli format”ı da qəbul edir, xüsusi nümayəndə ilə Əliyevin dediyi kimi, “prosesə köməklik göstərəcəklər”.
Bakı addım-addım hədəflərinə nail olur./axar.az