İmran Xandan şok iddia – “Məni buna görə devirdilər”

 

Parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə baş nazir vəzifəsindən uzaqlaşdırılan İmran Xan Pişəvərdə keçirilən mitinqdə erkən seçki tələbi irəli sürüb.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan vəzifəsindən azad edildikdən sonra ilk mitinqini Pişəvərdə keçirib.

“Parlament seçkiləri ən qısa zamanda elan edilməlidir, əks halda xalqı küçələrə çıxaracağam”, – İmran Xan deyib.

İnsanları ona qarşı xaricdən qurulmuş siyasi tələyə qarşı dinc aksiyalara çağıran sabiq baş nazir ABŞ-a Pakistanda hərbi baza vermədiyi üçün Vaşinqtonun ölkədə hakimiyyət dəyişikliyi etdiyini iddia edib.

İmran Xan bildirib ki, Pakistan Birləşmiş Ştatlar üçün döyüşür, amma Vaşinqton dron zərbələri ilə günahsız pakistanlıları öldürür.

O, aprelin 16-da Kəraçidə mitinq keçirəcəyini açıqlayıb./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password