“Ermənilərin başqa şansı yoxdur, Paşinyan da bilir ki…” – Politoloq

 

“Ermənistanın sülhdən danışıb sonra dediklərindən qaçması Brüssel görüşündən sonra xüsusilə mümkünsüzdür. Brüsseldə Ermənistan üzərinə öhdəlik götürüb. Azərbaycan Prezidenti İlham Əliyev elə Brüsseldə elan etdi ki, sülh sazişi bağlamaqda maraqlıdır, bununla bağlı Ermənistana təkliflərini təqdim edib. Ermənistana təzyiq kifayət qədər böyükdür. Bunu Baş nazir Nikol Paşinyan da parlamentdə çıxışı zamanı etiraf edib”.

Bu fikirləri politoloq Cümşüd Nuriyev deyib.

Siyasi şərhçi Ermənistana ciddi pressinqlərin edildiyini, əsas məqsədin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq olduğunu bildirib:

“Ona görə də çalışırlar ki, Ermənistanın Rusiyanın dediyi ilə yox, Avropanın dediyi ilə razılaşsın. Əlbəttə, erməni müxalifəti birmənalı olaraq sülh sazişinin əleyhinədir. Elə Xarici işlər naziri Ararat Mirzoyan da arada bir sərsəm fikirlər səsləndirir. Məsələn, ötən gün Minsk Qrupu formatı haqqında danışıb. Araik Arutyunyan da gicləyib. Başqa məsələni gündəmə gətirərək deyib ki, bizə de-yure status-kva lazımdır və bunu almalıyıq. Belə axmaq niyyətləri var. Amma Ermənistanın bu məsələdə hər hansı bir şansı qalmayıb. Azərbaycan bu istiqamətdə onun əlindəki bütün kartları və arqumentləri alıb”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan son müharibədə qalib tərəfdir və dünya bu qalibiyyəti tanıyıb:

“Beynəlxalq hüquqa görə, qalib tərəfin şərtləri prioritetdir və qəbul edilməlidir. Azərbaycan isə öz torpaqlarını istəyir, yəni qanundan kənar tələblər irəli sürmür”.

Cümşüd Nuriyev qeyd edir ki, Azərbaycan Ordusu da hazır vəziyyətdə durur:

“Baxın, Ermənistan və ya Qarabağdakı separatçılar təxribat törətdilər. Ruslar da az qala onlara qoşulmuşdu. Ordumuz Fərrux dağına nəzarəti götürdü. Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini bağlamağa məcburdur. Onlar üçün ayrı şans qalmayıb”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password