Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları bəlli olub

 

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərə “Liverpul”u cavab oyununda Portuqaliya “Benfika”sını qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb – 3:3. Hesabı 21-ci dəqiqədəmeydan sahiblərindən İbrahima Konate açıb. 32-ci dəqiqədə qonaqlar Qonsalu Ramuşun qolu ilə tarazlığı bərpa ediblər. 55-ci dəqiqədə fərqlənən Roberto Firmino “Liverpul”u yenidən hesabda önə keçirib. Braziliyalı hücumçu 65-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 78-ci dəqiqədə “Benfika”nın ukraynalı forvardı Roman Yaremçuk hesab arasında fərqi azaldıb. 82-ci dəqiqədə Darvin Nunyes hesabı bərabərləşdirsə də, Lissabon təmsilçisinin bundan artığına gücü çatmayıb. Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniya “Vilyarreal”ına rəqib olub.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”su ilə üz-üzə gəlib. Evdəki ilk görüşdə 1:0 hesablı qələbəyə sevinən “şəhərlilər” cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, adını yarımfinala yazdırıb. Mançester təmsilçisi finala gedən yolda İspaniya “Real Madrid”i ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:3

Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 – Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun – 3:1

23:00. “Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0

Baş hakim: Daniel Zibert (Almaniya)

Qırmızı vərəqə: Felipe, 90+1 (“Atletiko”)

İlk oyun – 0:1

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password