Aloenin faydaları
Aloe bitkisi haqqında olan məlumatlar müasir tibbə qədim kitabların əlyazmalarından məlumdur. İndi onun insan orqanizmindəki xəstəliklərə necə dərman olduğunu sizlərlə bölüşmək istəyirəm.
Aloe toxumaların regenerasiyasında böyük rol oynayır. O,yaranı sağaltmaq qabiliyyətinə malikdir, orqanizmin müdafiə qüvvəsini artırır, iltihab və bakteriyalar əıeyhinə təsirə malikdir.
Mədə və onikibarmaq bağırsağın yaralarının, qastritlərin sağalmasında yaxından iştirak edir. 1-2 çay qaşığı təzə çəkilmiş aloe şirəsini gündə 3 dəfə yeməyə yarım saat qalmış içsəniz xəstəlylniz sizi narahat etməyəcək.
Maddələr mübadiləsinin pozğunluqlarında və bağırsaq funksiyasının pozulmasında 100 mq aloe şirəsini 100qr balla qatıb 3 saat saxlayın. Bu məhlulu gündə 3 dəfə 1 çay qaşığı qəbul edin.
Soyuqdəymə zamanı hər 3 saatdan bir burun boşluqlarına 5 damcı aloe şirəsi damızdırın.
Stomatit zamanı ağız boşluğunu yenicə çəkilmiş aloe şirəsi ilə silin.
Diş ətinin xəstəliyində dişlərin dibini aloe ilə sürtün.
Bədəninizdə yorğunluğun və həyəcanlanmanın artdığını hiss etsəniz aloe şirəsi, bal, limon suyu, kərə yağı, qozu eyni çəkidə qarışdırıb yeməkdən qabaq gündə 3 dəfə 1 qaşıq qəbul edin.
İmmuniteti artırmaq üçün aloe yarpaqlarını ət maşınından keçirib üzərinə eyni miqdar bal əlavə edin. Gündə 3 dəfə 1 çay qaşığı yeməyə yarım saat qalmış qəbul edin. Ardından yarım stəkan isti su için. Müalicə müddəti 3 həftədir. 10 gün fasilə verib yenidən müalicəni başlamaq lazımdır.
Yanıqlar zamanı, dermatitlərdə aloeni zədələnmiş nahiyəyə sürtün.
Aloe şirəsinin güclü işlədici təsiri var. Qəbizlikdən əziyyət çəkən insanlar aloe şirəsini müalicəvi vasitə kimi istifadə edə bilərlər.
Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı) dərinin kiçik hissəsində yoxlayın, qazırtı və s. allergik reaksiya olmazsa, istifadə edə bilərsiniz.
Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin “karkası” olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir çox anti-age (“yaş əleyhinə”) vasitələrin tərkibinə daxil edilir. Ev şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.