“Donbas müharibəsi rus ordusu üçün…” – Generaldan mühüm açıqlama

 

“Rusiyanın Ukraynaya yeni hücumu zamanı işğalçılara açıq çöl relyefi kömək edəcək, lakin Ukrayna ordusu bunu rusların bacarıqla deyil, sayca çox olması ilə kompensasiya edəcək”.

Bu fikirləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru, ABŞ Mərkəzi Komandanlığının, ABŞ və NATO qüvvələrinin İraq və Əfqanıstandakı keçmiş komandanı, general Devid Petreus deyib.

Ekspertin fikrincə,Sumı, Çerniqov və ya Kiyev ətrafında göründüyündən fərqli olaraq açıq ərazi var: “Yəni geniş cəbhəyə, tank qüvvələrinə və s. getmək üçün daha əlverişli ərazidir. Ona görə də yağışlar başladığı təqdirdə Rusiya zirehli texnikasının hərəkəti çətinləşə bilər.

Onun sözlərinə görə, Ukrayna artıq effektiv və uğurlu döyüşmək bacarığını nümayiş etdirib: “Bu ərazi Ukrayna qoşunları üçün o qədər də əlverişli olmasa da, bunu kompensasiya etmək olar. Çünki ruslar bacarıqla deyil, yalnız üstün saya əsaslanıb vuruşurlar”.

Petreusun fikrincə, rus işğalçıları ukraynalı müdafiəçilər üçün qazan yaratmaq üçün hələ də müdafiə xəttini yarmağa uğursuz cəhdlər edir. O, həmçinin əlavə edir ki, Xarkov yaxınlığındakı rus qoşunları başqa istiqamətlərdə hərəkət edə bilməməsi üçün Ukrayna hərbçilərinin diqqətli olmalıdır.

General Ukrayna qüvvələrinin Nikolaevdə Rusiyanın Odessaya doğru irəliləməsinə imkan verməyən hərəkətlərinə heyran olduğunu bildirib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password