“Bu, Paris və Bakı arasındakı “buzlar”ı əridə bilər” – Politoloq

 

“Müharibədən aylar sonra müşavirləri Makronu başa saldılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Makron Azərbaycana yönəlik xarici siyasətini bir qədər korrektə etməyə məcbur qaldı”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransada keçirilən prezident seçkiləri ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Fransada prezident kim olur-olsun ermənilərə simpatiya bəsləyəcək. Məsələn, Fransanın keçmiş prezidenti Nikola Sarkozi Makrondan fərqli olaraq Azərbaycana bir neçə dəfə səfər etmiş, Azərbaycanla əlaqələrin əhəmiyyətindən danışmışdı. Ancaq o belə ermənilərə simpatiyasını gizlətmir, “ermənilər bizim kiçik bacımızdır” ifadəsini səsləndirirdi.

Prezident seçkisində ikinci tura keçən Emmanuel Makronun sağçı Lö Pen üzərində qələbə çalmaq ehtimalı yüksəkdir. Ötən dəfə də belə olmuşdu. Çünki seçkidə üçüncü sırada qərarlaşan Melanşon tərəfdarlarını Lö Penin əleyhinə səs verməyə çağırıb. Bu isə onu tərəfdarlarının əksər hissəsinin Makrona səs verəcəyi anlamına gəlir”.

Elxan Şahinoğlu Fransa prezidentinin 44 günlük Qarabağ müharibəsində Azərbaycana qarşı sərgilədiyi mövqeyə də diqqət çəkib:

“Makron erməni sevgisini İkinci Qarabağ müharibəsində kifayət qədər nümayiş etdirdi. O, prezidentliyi dövründə Azərbaycana səfər etmədi. Ancaq müharibədən aylar sonra müşavirləri Makronu başa saldılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Makron Azərbaycana yönəlik xarici siyasətini bir qədər korrektə etməyə məcbur qaldı.

Fransanın bir qrup şirkətinin təmsilçisinin bu günlərdə Azərbaycana gəlişi, investisiya imkanlarını öyrənməsi, hətta Qarabağın azad olunmuş bölgələrində çalışma imkanları iki ölkə arasındakı münasibətlərdə buzları əridə bilər, yetər ki, Makron ikinci dəfə prezident seçildikdən sonra əvvəlki yanlışını təkrarlamasın”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password