Zəif şəxsin orucu
Sual: Mənim gözüm zəifdir və qorxuram ki, oruc gözümə zərərli olsun. Mənim vəzifəm nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Əgər orucun zərər qorxusu dərin ağıla əsaslanarsa, bu oruc vacib deyil. Əgər növbəti ramazan ilinə qədər xəstəlik davam edərsə, qəza da vacib deyil. Yalnız hər gün üçün yoxsula 750 qr buğda, arpa və ya un kəffarə versin.
Sual: İmtahanlar və dərslər səbəbindən məndə zəiflik yaranıb. Buna görə oruclarımı yeyə bilərəmmi?
Cavab: Bütün müctəhidlərin rəyi: Bəzi oruc şəxslərdə qarşıya çıxan belə zəiflik adi haldır və bu zəifliyə görə orucu yemək olmaz. Lakin zəiflik çox çətin, dözülməz səviyyəyə çatarsa, orucu yeməyin eybi yoxdur.
Qeyd: İnsan bu hallarda səfərə çıxıb, (ən azı 22 km) orucunu yeyə bilər, sonra vətənə qayıdar. Bu halda şama qədər yemək və içməkdən çəkinməsi lazım gəlir. Ramazan ayından sonra onun qəzasını tutsun, kəffarə isə yoxdur.
Sual: Gün ərzində dərman üçün yalnız bir neçə tikə yeməyə ehtiyacı olan və orucdan zərər görməyən xəstənin bir neçə tikə yeməsi orucu batil edirmi?
Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, orucu batil olar.
Sual: Orucun zərərli olması ehtimalı oruc tutmamaq üçün səbəb ola bilərmi? Zərərli olmasına əminlik lazımdırmı? Zərərin ölçü meyarı nədir?
Cavab: Bütün müctəhidlərin rəyi (Təbrizi, Sistani və Vəhiddən başqa): Orucun açılmasına dərin ağıla əsaslanan zərər qorxusu səbəb ola bilər. Zərərin ölçü meyarı üqəla (əql sahiblərinin) ürfüdür. Əql sahibləri orucu açmağa səbəb olan işi zərərli bilməlidir.
Sual: Orucun zərərli olmasında həkimin, yoxsa oruc şəxsin öz rəyi əsasdır?
Cavab: Bütün müctəhidlərin rəyi: Xəstənin özünün müəyyənləşdirməsi əsasdır. Zərər qorxusu ağıl qəbul edəcək həddə olarsa, uyğun rəy bəzən mütəxəssis sözündən, bəzən oxşar xəstələrin təcrübəsindən, bəzən də insanın öz təcrübəsindən formalaşa bilər.
Sual: İnsan şəkk edərsə ki, oruc ona zərərlidir, amma həkim onu oruc tutmağa qadağan edərsə, bu halda onun vəzifəsi nədir?
Cavab: İmam Xomeyni, Xamenei, Safi, Fazil və Nuri: Əgər həkimin sözündən onda qorxu yaranarsa və dərin ağıl əsasında ehtimal verərsə ki, oruc ona zərərlidir, gərək oruc tutmasın.
Təbrizi və Vəhid: Qeyd olunmuş fərziyyədə, əgər həkim mütəxəssis və etibarlı olarsa, onun göstərişinə əməl etsin.
Məkarim: Əgər həkimin sözündən orucun zərəri qorxusu yaransa və dərin ağılla ehtimal edilsə ki, orucun zərəri var, gərək oruc tutmasın. Əgər öz təcrübəsi ilə əldə etsə ki, orucun ona zərəri yoxdur, gərək oruc tutsun. Zərər olmasına şəkki olduğu halda edə bilər özünü 2-3 gün sınasın, sonra yuxarıdakı göstəriş əsasında əməl etsin.
Behcət və Sistani: Əgər həkimin sözündən qorxu yaransa və orucun zərərli olmasını dərin düşüncə ilə ehtimal etsə, oruc tutmaya bilər./milli.az