Elman Rüstəmov gedir, Taleh Kazımov gəlir: Nə dəyişəcək? – Ekspertin cavabı

 

Mərkəzi Bank nəzəriyyədə çox vacib dövlət (hökumət yox, məhz dövlət) institutudur, müstəqil, hətta hökumətə pozitiv anlamda “müxalif” olmalıdır. MB-ın fəlsəfəsi ölkədə makroiqtisadi sabitliyə nail olmaq, inflyasiyaya qarşı əlində olan alətlərlə mübarizə aparmaqdır. MB iqtisadi sistemin tənzimlənməsi üçündür, birjalara, maliyyə və səhm bazarına yön verən institutdur.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən uzaqlaşdırılması və onun yerinə Taleh Kazımovun təyin edilməsi istiqamətində Prezident İlham Əliyevin təqdimatı əsasında başlayan prosesi şərh edərkən qeyd edib.

Ekspert bildirib ki, Azərbaycanda MB müstəqil deyil, iqtisadi institutlar, səhm bazarı, valyuta bazarı yoxdur:

“MB, məsələn, hökuməti, Maliyyə Nazirliyini tənqid edə bilməz, MB-ın uçot dərəcəsi inflyasiya təsir etmir (Məsələn, 2013-2014-cü illərdə uçot dərəcəsi 3,5%-4,25% arası idi, həmin illər kreditlər 20% idi, 2016-cı ildə 15% oldu, kredit faizləri yenə 20%-25% arası idi, indi 9,25%-dir, kreditlər yenə 20% civarındadır və s.).

Yəni, MB-da rəhbərin ismi deyil, “oyun qaydaları”, oturuşmuş iqtisadi model, iqtisadi institutlar önəmlidir – məmləkətdə isə model yoxdur, “institut” deyəndə elm ocağı anlayan hökumət var”.

Ekspert Elman Rüstəmovun sədr vəzifəsindən getməsi ilə heç nəyin dəyişməyəcəyinə qəti inamını bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password