Bakı ilə İrəvan arasında birbaşa təmas baş tutdu

 

Bayramovla Mirzoyanın telefon danışığı olub. Bu, Bakı-İrəvan arasında vasitəçi olmadan ilk təmasdır və o deməkdir ki:

– “İkitərəfli danışıqlar” formatı bundan sonra əsas ola bilər;

– Ermənistan tərəfi “Minsk qrupu” məsələsindən əl çəkməsə də, reallıqda yeni formatı qəbul edir;

– Brüsseldə sülh sazişi üzrə razılaşmanın ilk addımı atılır;

– Sərhəd üzrə birgə komissiyanın yaradılması razılığının praktiki işləməsi imkanı var;

– Moskvanın “əsas vasitəçi” olması və bunun üzərindən maraqlarını diktə etməsi perspektivi zəifləyir.

Rusiyanın öz vasitəçiliyini saxlaması istiqamətində addımlar atacağı bəllidir və tərəflər rusların masasında da bir araya gələcək, lakin ikitərəfli danışıqlar təcrübəsi problemlərin üçüncü tərəf olmadan qarşılıqlı maraqlar çərçivəsində həlli imkanını önə plana çıxara bilər.

İkitərəfli format Ermənistanla münasibətlərin qurulmasına, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə və Qarabağda yarımçıq qalan prosesin tamamlanmasına da imkan yarada biləcək faktordur./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password