Bakıda qızıl qiymətinə suşi sifariş vermişdi – İndi cib xərcliyi üçün pul axtarır

 

Əslən rusiyalı olan 55 yaşlı oliqarx Roman Abramoviçin vəziyyəti kritikdir. Rusiyanın Ukraynada müharibəyə başlamasından az sonra dünyanın müxtəlif ölkələrindəki əmlakları, bank hesabları, aktivləri və s. dondurulan R.Abramoviç illər əvvəl Bakıda olanda Londondan Azərbaycan paytaxtına təcili təyyarə ilə gətirilmək üçün 2 porsiya suşiyə 40 min funt-sterlinq ödəmişdi.

The Sun-yaydığı xəbərdə bildirilir ki, indisə milyarder gündəlik məsrəfləri və cibxərcliyi üçün dostlarından, tanışlarından borc istəyir.

2000-ci illərin əvvəllərində Bakıda lüks “Four Seasons” otelində qalanda o, suşi yemək istəmişdi. Yapon mətbəxinə aşina olan R.Abramoviç Londonda olanda adətən sevimli “Ubon” restoranında suşi yeyirdi.

İndi həmin restoran bağlıdır.

Bakıdakı otelin restoranında dostu, azərbaycanlı milyarder İsgəndər Xəlilovla nahar edəndə o, “Sushi Yanaği Ubon Omakase” suşiləri yemək istəmişdi. Köməkçisini çağıran R.Abramoviç Londondakı “Ubon”dan iki porsiya suşi gətirilməsini istəmişdi. Bir neçə saat sonra özəl təyyarə ilə suşi Londondan Bakıya gətirilmişdi.

Londonda 2 porsiya “Sushi Yanaği Ubon Omakase” suşi üçün “Ubon”a 1200 funt-sterlinq ödənmişdi. Daha sonra suşilər limuzinlə Londondakı Luton aeroportuna aparılmış, Abramoviçin təhlükəsizlik xidməti tərəfindən yoxlandıqdan sonra Bakıya göndərilmişdi.

Özəl reaktiv təyyarə 5 saat yarımlıq uçuşdan sonra Bakıya çatmışdı.

2 porsiya suşinin Londondan Bakıya gətirilməsi 40 min funt-sterlinqə başa gəlmişdi.

İndisə pul tapmağa çalışan R.Abramoviç “Çelsi” futbol klubunu da 3 milyard dollara satışa çıxarıb.

Ona həftədə 1 milyon dollar gərəkdir, çünki R.Abramoviç əməkdaşlarının toplam həftəlik maaş ödənişləri 750 min dollar təşkil edir.

Borc üçün ilk əvvəl Hollivud prodüseri və rejissoru Bret Ratnerə, sonra da Rotşildlər ailəsinə üz tutan Abramoviçə kimsə pul verməyib./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password